SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: "Azərbaycanı seçdiklərinə görə NATO və Rusiyaya çox minnətdarıq"

2020-02-06 19:05:26

.

"Sizi görməyimə çox şadam. Bir daha xoş gəlmisiniz. Mən bizim ötən il sonuncu görüşümüzü xatırlayıram. Bizim əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkanımız oldu. Mən, həmçinin bildirmək istərdim və çox şadam ki, NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Biz görüş yeri kimi Azərbaycanı seçdiklərinə görə NATO və Rusiyaya çox minnətdarıq. Düşünürəm ki, bu, çox doğru seçimdir. Eyni zamanda, bunu bizə olan etimadın, hörmətin əlaməti hesab edirik. Çünki istənilən başqa bir ölkə seçilə bilərdi. Lakin Bakının seçilməsi o deməkdir ki, bizim həqiqətən də çox güclü tərəfdaşlığımız var. Mən əminəm ki, sizin bu gün həmkarınızla keçirəcəyiniz görüş çox səmərəli olacaq, dünyada və regionumuzda sülh və sabitliyə xidmət edəcək. Əslində bizim də məhz buna ehtiyacımız var. Çünki ölkəmiz üçün əsas narahatlıq doğuran regional sabitlikdir. Bizdə potensial risklərin daxili mənbələri mövcud deyil. Ona görə də baş verə biləcək potensial risklər sərhədlərimizdən kənarda yarana bilər. Əlbəttə, bu mütəmadi görüşlər, əminəm ki, çox mühüm məsələlərin müzakirəsi dünyada və regionda sabitliyə yardımçı olacaq", - deyə dövlət başçısı vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 127

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...