QHT və MEDİA
A- A A+

Gənclikdən xatirə

2020-02-05 10:30:55

Hərdən iş başında olarkən daimi məşğuliyyətimdən ayrılıb bir anlıq xəyallara dalanda qaynar gənclik illərində yaşanan günlər-aylar göz önündə çanlanır. Gənclik illərim Sovet dövrünə təsadüf edib

O illər institutda, texnikumda və texniki-peşə məktəblərində təhsil alan tələbələri rayonlara, zəhmətdən yorulmayan kənd əməkçilərinə kömək məqsədilə pambıq yığımına aparırdılar. Bizi də təhsil aldığımız məktəbdən Ağcabədi rayonuna aparmışdılar. Qızlardan ibarət dəstəyə rəhbərlik edən müəlliməmiz də bizimlə getmişdi.

Bizə ayrıca məntəqədə sığınacaq vermişdilər. Özümüzlə lazımi əşyalar və azuqə götürsək də hər gün səhər-axşam, yəni tarlaya yola düşməzdən əvvəl və axşam çağı tarladan dönəndə bizi yemək-içməklə təmin edirdilər. Nahar fasiləsində isə tarlada bir yerə toplaşaraq hərə öz məvacibi ilə aldığı neməti süfrəyə düzər, sadiq dostlar, mehriban ailə üzvləri kimi birlikdə nuş edərdik.

Sonda hərə öz gördüyündən-bildiyindən danışardı. Söhbətin şirin yerində şən və zarafatcıl müəlliməmiz bizi mehribancasına səsləyib: Hə, qoçaq qızlarım, yediniz-işdiniz, di haydı iş baçına! Görüm hərəniz neçə kiloqram pambıq yığacaqsınız bu gün , - deyə gülümsəyərdi. Bu an hamı cəld yerindən sıçrayıb iş başına tələsərdi.

Aramızda şirin arzularla yaşayan, sözü-söhbətilə çoxumuzdan fərqlənən, davranışıyla bizlərdə maraq doğuran məsum baxışlı, asta yerişli bir qızcığaz vardı. Rəfiqələrilə duzlu-məzəli söhbətlər edər,onlar üçün görkəmli sənətkarların repertuarından yanıqlı mahnılar ifa edər, şerlər söyləyərdi. Ayrılıq qəhrini çəkən qızcığaz vəfasız yarını tez-tez yuxularında görərdi. Uğursuz sevginin qəmi-möhnəti köksünü dağlasa da, ürəyinə döz deyər, çəkdiklərini rəfiqələrindən pünhan saxlayardı. O, bulud kimi dolan qəlbini boşaltmaq üçün günc-bucağa sığınıb bəzən hönkürtü ilə,bəzən də ətrafdakılar bunu sezməsin deyə əllərini qoşa üzünə dayayar, başını aşağı dikib sakit-sakit ağlayardı.

Tarlada kədərli nəğmələr zümzümə edə-edə asta-asta cərgələr arasında gəzinərək vətənimizin sərvəti “ağ qızılı” toplayanda qarşısına çıxan rəngarəng gül-çiçəkləri ehtiyatla üzüb dəstə tutar, onlardan əlvan çələng toxuyar, saçlarına düzərdi.

Axşamlar kədəri ona güc gələndə sakitlik tapmaq üçün yatağına uzanar, gələcək barədə dərin düşüncələrə dalardı. Belə məqamlarda məntəqənin həyətindəki sərin bulaq kimi borudan axaraq enli zolaq şəklində görünən arxa tökülən suyun şırıltısı sanki ona həzin layla deyər, xumarlanaraq gözlərini qapayıb yuxuya gedərdi. ...Aydın və sakitlik hökm sürən günlərdən birində rəfiqələri qızğın iş başındaykən onlardan ayrılıb göz işlədikcə uzanan , ağ gülüstana bənzəyən tarlada bir kənarda dayanıb mavi göyləri seyrə dalırdı. Bu zaman səmada ağ buludlar arasında qara xal kimi görünən durna qatarının uçuşu diqqətini çəkdi. Qəhərdən gözləri dolan pərişan qız doğma eldən isti yerlərə köç edən durna qatarının ardınca xeyli baxdı. O, təbiətin bu ecazkar mənzərəsinə tamaşa etdikcə acı həsrətin şirin vüsalla əvəz olunmasına, köksündə dənizlər, çaylartək coşub-çağlayan ülvi məhəbbətin şərbətini dadacağına ümid bəsləyirdi.

Əhdinə dönük çıxmış yarının yad ellərə köç edən durnaların elə-yurda qayıdışı zamanı ona dönəcəyini öz-özlüyündə götür-qoy edirdi. Bəlkə də bu dəm yar həsrətilə gözləri yol çəkən nakam taleli qız qanadlı quş olub göylərə uçmaq, səf-səf düzülən durnalara qoşularaq yarının ömür etdiyi məkana qonub onunla qovuşmaq istəyirdi. Taledən, qismətdən umduğu isə ömür payına düşən günləri, ayları, illəri səadətlə yaşamaq, könül həmdəmilə həyatın enişli-yoxuşlu yollarında daim qoşa addımlamaq idi.

Nailə Süleymanlı


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 295

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...