MƏDƏNİ
A- A A+

ASTANADA BEYNƏLXALQ FÜZULİ SİMPOZİUMU

2015-11-12 16:15:29

2015-ci il 4-7 noyabr tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin tanıdılması məqsədi ilə Beynəlxalq Füzuli Simpoziumu keçirilmişdir

Astanada yerləşən Yunus Əmrə İnstitutu və L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin dəstəyilə keçirilən “Türk mənəviyyatında Füzuli mirası” adlı bu simpoziuma qazax alimlərindən başqa, Türkiyə və Azərbaycandan da nümayəndələr dəvət olunmuşdu. Tədbirdə ölkəmizi mən  və A.Zeynallı ad. Musiqi Kollecinin müəllimi Xalidə Rəhimova təmsil etdik. Türkiyə Cümhuriyyətinin fövqəladə və səlahiyyətli səfiri Nevzat Uyanıkın da iştirak etdiyi bu möhtəşəm tədbirdə Füzulinin həyat və yaradıcılığı, dünyagörüşü, poetikası və poetik fəlsəfəsi haqqında dəyərli məruzələr dinlənildiAçılış mərasimində Türkiyə Cümhuriyyəti səfirindən başqa, L.N.Qumilyov ad. Avrasiya Milli Universitetindən prof. dr. Tursın Yurtbay, Y.Əmrə İnstitutu YETEM müdiri dr. İbrahim Gültekin, Avrasiya Milli Universitetinin rektor köməkçisi, prof.dr. Dihan Kamzabekulı çıxış etdilər, simpoziumun işinə uğur arzuladılar. Qazaxıstanın Dövlət Sənətçisi Zağipa İmanğaziyeva qazax xalq çalğı aləti dombıranın müşayiətilə şairin “Leyli və Məcnun” poemasından bir qəzəli ifa etdi.
L.N.Qumilyov ad. Avrasiya Milli Universitetinin prof. dr.-u Şakir İbrayevin rəhbərliyilə keçirilən birinci iclasda Türkiyədən Qazi Universitetinin professoru Yaşar Aydemir “Keçmişin idrakında, gələcəyin inşasında körpü isim-Füzuli”, Avrasiya Milli Universitetinin professoru Janat Askerbekkızı “Füzulinin “Leyli və Məcnun” dastanının qaynağı və qazaxca nüsxəsi”, Ə.Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin rektor vəkili, prof.dr. Mehmet Kutalmış “Füzulinin şeir və düşüncə dünyasının qaynaqları” və AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, f.d.d. Zəkulla Bayramlı olaraq mən  “Bağdaddan doğan günəş” mövzusunda maraqlı məruzələrlə çıxış etdik.
Universitetin Abay auditoriyasında keçirilən ikinci iclasada isə Əl-Fərabi ad. Qazax Dövlət Universitetindən prof. dr. Ötegen Kumisbayevin “Füzuli divanı: bilgelik və özgünlük”, Ankara universitetindən yrd.dos. dr. Ebubekir Sıddık Şahinin “Qəsidə şairi olaraq Füzuli”, Azərbaycandan A.Zeynallı ad. Musiqi Kollecinin müəllimi Xalidə Rəhimovanın “Türk xalqları ədəbiyyatına Füzuli əsərlərinin təsiri” və b.  məruzələr də dinlənildi.
Füzulinin müxtəlif dillərdə nəşr edilmiş əsərlərindən, eləcə də qardaş Türkiyə və Azərbaycandan aparılmış kitablardan təşkil olunmuş kitab sərgisi də qonaqların geniş marağına səbəb oldu.
İclasdan sonra simpozium iştirakçıları Avrasiya Milli Universitetində yerləşən “Yazi tarixi” və “Bilim tarixi” muzeylərini ziyarət etdilər, eləcə də Qazaxıstanın paytaxtı Astana şəhərinin gəzməli-görməli yerləriylə tanış oldular. Simpozium materialları Qazaxıstan ədəbiyyat portalının müdiri Bauırcan Karağızulı tərəfindən “Ədəbiyyat portalında” yerləşdirildi. Bundan başqa, simpoziumun gedişi Qazaxıstan televiziyasında da işıqlandırıldı, qazax tamaşaçılarına bu barədə geniş məlumat verildi.
Təəssüflə qeyd etməliyik ki, Qazaxıstan və Türkiyə dövlət və mətbuat orqanlarının geniş işıqlandırdığı Beynəlxalq Füzuli simpoziumunda Azərbaycan səfirliyi və rəsmi dövlət nümayəndələrinin fəallığı o qədər də hiss olunmadı.
  
AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, f.d.d. Zəkulla Bayramlı

  • @continue

Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1606

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...