SİYASƏT
A- A A+

“Bizi hər yandan təhlükələr təhdid edir” - Bahar Muradova

2015-04-04 09:45:35

Vitse-spiker qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri arasında çox ciddi dostluq əlaqələri var.

Azərbaycan Mətbuat Şurasının dəvətilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Milli Məclisin sədr müavini Bahar Muradova ilə görüşüblər. Milli Məclisin sədri Oqtay Əsədovun adından salamlayan vitse-spiker deyib ki, Azərbaycanlılarla türklər arasında görüş hər zaman bayramdır. B.Muradova deyib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə iki ölkə arasındakı münasibətlər deyil, iki qardaş xalqın əsrlərin sınağından çıxmış milli, dini ənənələrinə, tarixi birliyinə söykənir: “Ona görə də biz belə səfərlərin hər birini bu günkü qarışıq dünyada çox vacib aspekt hesab edirik. Çünki bu siyasi, dini, mədəni, birlik, qardaşlıq belə qarışıq məqamda hədəfləri düzgün müəyyən etməyə, problemlərimiz və uğurlarımızı bir gücə çevirərək hədəflərimizə çatmaq istiqamətində səyləri artırmağa xidmət edir. Azərbaycan və Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir”. Vitse-spiker qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri arasında çox ciddi dostluq əlaqələri var. B.Muradova vurğulayıb ki, bu gün dünyada çox ağır bir durum var: “Bizi hər yandan təhlükələr təhdid edir. Eyni zamanda bütün dünya ölkələri və xalqlarını bu təhlükələr təhdid etməkdədir. Bu təhlükələri önləmək, qarşısını almaq üçün ölkələrin üzərinə çox ciddi vəzifələr düşür. Türkiyə regionun güclü və tanınmış bir ölkəsi kimi, eləcə də Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi hesab edirəm ki, bu hədəflərə doğru birgə irəliləməkdə medianını gücünü düzgün müəyyənləşdirəcəkdir”. Vitse-spiker Türkiyəli KİV nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib: “Dağlıq Qarabağ və qondarma “erməni” soyqırımı məsələlər ölkə içində olduğu kimi, beynəlxalq arenada da Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət proqramının müəyyənləşdirməsini tələb edir. Son illər bu istiqamətdə ciddi fəaliyyət gedir. Dağlıq Qarabağ problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan problem haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin dəstəyinə ciddi bel bağlayır”. Bahar Muradova qonaqların diqqətinə çatdırıb ki, I Avropa Oyunları ilə əlaqədar beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma kampaniyası gedir: “Bu gün idman bir sıra dairələrin əlində dostları, millətləri birləşdirən, dostlaşdıran alət kimi yox, siyasi maraqları təmin edən alət kimi istifadə olunur. Hesab edirəm ki, idmanın siyasətə çevrilməsinin qarşısını almaq üçün media öz mövqeyini ortaya qoymalıdır. B.Muradova Azərbaycanın turizm imkanlarından danışıb. Bildirib ki, yaradılan turizm infrastrukturu ölkənin dünyada tanınmasına xidmət edən amillərdən biridir: “İlin istənilən fəslində Azərbaycanda idman və turizm sahəsində aktivlik müşahidə olunur. Məhz buna görə də ölkəmiz xarici turistlərin ən çox maraq göstərdiyi məkana çevrilib”. B.Muradova Türkiyədə son günlər baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşının üzüldüyünü və Türkiyə hökumətinə problem yaradan belə hadisələrə görə hiddətləndiyini vurğulayıb. Türkiyə Qəzetəçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim isə çıxışında qonaqpərvərliyə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb: “Ötən il Əskişəhərdə biz 350 qəzetçinin iştirakı ilə I Türk Dünyası Qəzetçilər Şurası adlı konfrans keçirdik. Məqsədimiz hər il fərqli Türk Dünyası şəhərində belə konfransı keçirmək niyyətindəyik. Bununla bağlı işlər gedir. Növbəti belə konfrans Qazaxıstanda keçiriləcək. Amma, biz Azərbaycanda da belə konfransı keçirmək niyyətindəyik. Fürsətdən istifadə edərək, bu təklifimi sizə təqdim edirəm”. Görüşün sonunda Bahar Muradova Türkiyəli KİV nümayəndələrinin suallarını cavablandırıb. Qeyd edək ki, Türkiyəli KİV nümayəndələrinin Azərbaycana səfəri aprelin 5-dək davam edəcək. Səfərdən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1220

QHT və MEDİA

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-29 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...