2020-02-03 11:50:42 | CƏMİYYƏT
“Stalinlə ixtilal xatirələri” kitabı

.

Strasburqda tanınmış kitab mağazası “Kleber”də “Kəpəz” nəşriyyatının Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının ildönümü münasibətilə onun fransız dilində nəşr edilmiş “Stalinlə ixtilal xatirələri” adlı kitabının təqdimatı olub.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Strasburq Universitetinin müəllimi, vəkil Tyeri Edmondun moderatorluğu ilə keçirilən təqdimat mərasimində şəhərdə olan bir çox diplomatlar, tanınmış ziyalılar, sakinlər iştirak ediblər.

Əvvəlcə Tyeri Edmond “Kəpəz” nəşriyyatı, eləcə də nəşriyyatın təsisçilərindən olan Nicat Kazımov, Jan-Emanüel Medina və Dilbadi Qasımov, onların fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Kitabın ön sözünün müəllifi, Strasburq Universitetinin Türkologiya departamentinin direktoru, tarixçi Stefan dö Tapia və Strasburq şəhərinin ravini, Avropa institutlarının nümayəndəsi Mendel Samama çıxış edərək kitab haqqında danışıblar.

Stefan dö Tapia çıxışında Məhəmməd Əmin Rəsulzadə və Stalin haqqında ətraflı məlumat verib. Mövzuya tarixçi aspekti ilə yanaşaraq İossif Vissarionoviç Çuqaşvili ilə M. Rəsulzadənin arasındakı əvvəl dostluq, daha sonra isə düşmənçilik münasibətlərindən söz açıb. Azərbaycanın 1918-1920-ci illərdə üzləşdiyi tarixi çətinliklərdən və xalqımızın milli kimliyindən danışıb.

Strasburqun ravini Mendel Samama XX əsrin əvvəllərindəki məlum vəziyyətdən, Məhəmməd Əmin Rəsulzadənin keşməkeşli həyat yolundan bəhs edib. Bildirib ki, Azərbaycan bir yəhudi kimi onun tanıdığı ən təhlükəsiz ölkədir. Daha sonra o, Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” kitabında antisemitizmlə bağlı hissəyə dair fikirlərini bölüşüb, Azərbaycanda hələ qədim zamanlardan yəhudilərin heç bir çətinliklə üzləşmədiyini vurğulayıb.

Moderator kitabın tərcüməçisi Elvin Abbasbəyliyə təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Təqdimat mərasimi “Bakan 7/8” musiqi qrupunun ifası ilə davam edib.

Qeyd edək ki, “Kəpəz” nəşriyyatı Strasburqda yaşayan həmvətənlərimizin fransızlarla birgə 2017-ci ildə təsis etdiyi yeganə Azərbaycan nəşriyyatıdır. “Kəpəz”in əsas məqsədi, ilk növbədə, Azərbaycan, eləcə də digər ölkələrin ədəbiyyatını, tarixini və mədəniyyətini təşviq etməkdir.

Baxış sayı : 389
Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42 Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür 2020-09-28 06:55:50 "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur" 2020-09-28 06:50:27 Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır 2020-09-27 21:45:51 Ölkə QHT-lərinin müraciəti: Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! 2020-09-27 20:25:03 Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN 2020-09-27 20:05:14 Prezident İlham Əliyev: Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti onun faşist mahiyyətini bütün dünyaya göstərir 2020-09-27 14:05:59 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13