SOSİAL
A- A A+

Naxçıvan Qarnizonu qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər

2020-02-03 08:55:50

.

Naxçıvan Qarnizonu qoşunlarında yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Tədbirdə polkovnik Mehman Gülməmmədov, əsgər Cavid Kərimov və əsgər valideyni Zülfüqar Zeynalov gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edərək, xidmətlərində uğurlar arzulayıblar. Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb.

Bildirilib ki, Azərbaycan dövləti inkişaf edib qüdrətləndikcə ordumuz da güclənir. Bu gün ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün Vətənə sədaqət andı içən gənclərimiz də hərbi anda sadiq, intizamlı əsgərlər olacaq, silah və texnikanın sirlərini dərindən öyrənərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnəcəklər.

Şəxsi heyətin təntənəli keçidindən sonra əsgər valideynləri və yaxınları hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olublar. Valideynlər yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib və övladlarının hərbi andı qəbul etmələrindən qürur hissi keçirdiklərini ifadə ediblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 188

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...