QHT və MEDİA
A- A A+

Azay Quliyevin seçki qərargahı Gənclər günündə "Yaşıl Binəqədi" adlı ağacəkmə aksiyası keçirib

2020-02-02 18:25:38

.

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahı 2 Fevral Azərbaycan gəncləri günü münasibəti ilə yaşıllaşdırma aksiyası keçirib.

Binəqədi rayonunun 7-ci mikrorayonunda, Dərnəgül metrosu ətrafında keçirilən aksiyada iştirak edən Azay Quliyev gəncləri təbrik edərək onları Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi adlandırıb. Azay Quliyev 2 Fevral tarixinin Azərbaycan gəncləri günü kimi elan olunmasını ümummili lider Heydər Əliyevin ölkə gənclərinə verdiyi yüksək dəyər kimi qiymətləndirib. Ətraf mühitin qorunmasının və Binəqədidə yaşıllıq zonalarının genişləndirilməsinin vacib olduğunu deyən Azay Quliyev ölkəmizdə bu istiqamətdə aparılan işlərdə gənclərin və könüllülərin xüsusi fəallıqları ilə seçilməsinin sevindirici olduğunu vurğulayıb.

Azay Quliyev deyib ki, bu gün, 2 fevral tarixində bizim ağacəkmə kampaniyası keçirməyimiz həm gəncliyin ruhuna, həm də könüllülülüyün fəlsəfəsinə tam uyğundur. 2020-ci ilin "Könüllülər ili" olduğunu xatırladan Azay Quliyev yaşıllaşdırma işinin 9 fevraldan sonra da davam etdiriləcəyini bildirib.

Daha sonra Azay Quliyev, seçki qərargahının könüllüləri və rayon gəncləri ərazidə xeyli sayda ağac əkiblər.

Azay Quliyevin Seçki Qərargahı


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 205

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...