CƏMİYYƏT
A- A A+

"Qobustan" 50 yaşında

2020-01-31 16:20:14

.

Bu günlərdə işıq üzü görən "Qobustan" sənət toplusunun qış buraxılışı toplunun 50 yaşına həsr olunub.

Jurnal haqqında ilkin söhbəti baş redaktor Vaqif Əlixanlı ənənəvi "Qırx sətir"ində açır. Davamında Xalq yazıçısı Anar "Qobustan"lı illərim...", Xalq şairi Fikrət Qoca "Qobustan" ətirli günlər...", akademik İsa Həbibbəyli "Qobustan kimi əbədi..." deyərək sənət toplusundan bəhs edirlər.

Tahir Taisoğlu "Yaxınlıqdan baxan şair" şeirində Ələkbər Salahzadəni yad edir. Şeirdən sonra şairin qızı Aydan atasından söz açır.

"Vaxtın yaşı" rubrikasındakı ilk yazıda İshaq Cəfərzadə xatırlanaraq "O, bizə Qobustanı bağışladı" deyilir. Rubrikanın növbəti yazısı Vüqar İsayevə aiddir. Müəllif "Ulu keçmişdən uzaq gələcəyə..." məqaləsində Qobustan bədii-qoruq muzeyinin bu günündən danışır.

"Daş yallısı" rubrikası "Qobustan"çılara həsr olunub. V.Əlixanlının "O Vidadidən hayıflar", Maarif Soltanın "Qobustan"ın Tofiq Abdini, Esmira Nəzərlinin "Qobustan"çı Azər Abdulla ilə "Mənim "Qobustan" nağılım" başlıqlı söhbəti bu rubrikadadır.

Toplunun "Haray-daş" bölməsində İmaməddin Zəkiyevin "Azərbaycanın kitab tarixi-qədimdən qədimdir", Cəmil Nemətovun "Ömrün beş ili...", Tağı Hacızadə "Kompozisiya - hər zaman, hər yerdə" yazıları yer alıb. Ağalar İdrisoğlu mərhum sənətkar Hüseynağa Atakişiyevin 70 illik yubileyini "Onun yeri həmişə görükür" deyərək yad edib. "Bir rejissorun teatrı" adlı yazı isə Marionet teatrına həsr olunub.

"Pillə-daş" rubrikasında Leyla Zöhrabovanın "Əmək mahnıları, onların janr xüsusiyyətləri", Allahverdi Xələfovun "Azərbaycan tarının temperasiya problemləri", Zəminə Abdullayevanın "Aşıq yaradıcılığında qadının vəsfi", Şəhla Heydərlinin "Müstəqillik dövrü və milli mədəniyyət", Könül Əzimovanın "Rəssam Yaqub Mehdiyevin yaradıcılığında rəqs motivləri" və İlahə Abdullayevanın "Azərbaycanın bəstəkar-dirijoru Niyazinin yaradıcılığı haqqında bəzi mülahizələr" məqalələri çap olunub.

Oxucular toplunun son rubrikası olan "Qələm-daş"da Vidadi Paşayevin Cəlil Məmmədquluzadənin hekayələri əsasında yazdığı "Saqqallı uşaqlar" kinossenarisini oxuyacaqlar.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 158

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...