QHT və MEDİA
A- A A+

Salome Zurabişvili: Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır

2020-01-29 09:45:54

.

Yanvarın 28-də AŞPA-nın qış sessiyasının plenar iclası Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçkisi ilə davam edib. Plenar iclasda Polşada demokratik institutların funksiyasına dair hesabat dinlənilib və müzakirələr aparılıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Polşada demokratik institutların funksiyasına dair hesabatın müzakirələri zamanı deputatlar fikirlərini bildiriblər.

Plenar iclasda çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin Nazirlər Komitəsinə sədrliyi dövründə görüləcək işlərdən söz açıb, bu müddətin uğurlu olacağına əminliyini bildirib. Bildirib ki, insan hüquqlarının və ətraf mühitin qorunması, vətəndaş cəmiyyətinin və vətəndaşların qərar qəbuletmə prosesində iştirakı, uşaqlara uyğun ədliyyə sisteminin yaradılması, təhsil, mədəniyyət və gənclər vasitəsilə demokratiyanın təşviqi Gürcüstanın Nazirlər Komitəsinə sədrliyinin prioritet sahələridir.

Sonra Gürcüstan Prezidenti deputatların suallarını cavablandırıb.

Azərbaycan ilə əməkdaşlıq barədə suala cavab verən Salome Zurabişvili bildirib ki, hər iki ölkənin son dərəcə strateji əhəmiyyətli bir regionda yerləşməsi onların yaxınlığının yalnız özləri üçün deyil, eləcə də Cənubi Qafqaz, Orta Asiya, həmçinin Yaxın və Orta Şərq üçün vacibdir.

Gürcüstanın Azərbaycanla əməkdaşlıq şəraitində həyata keçirdiyi enerji, nəqliyyat layihələri regionda sabitliyin təmin olunmasına, qonşu ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına təkan verir.

Regionda belə əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün böyük potensialın olduğunu qeyd edən Gürcüstan Prezidenti Avropa İttifaqının da bölgəyə və bu münasibətlərə getdikcə daha çox diqqət ayırdığını, Gürcüstan ilə Azərbaycanın həyata keçirdiyi layihələrə maraq göstərən ölkələrin sayının artdığını vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır.

AŞPA sessiyasının plenar iclasından sonra deputatlar Holokost Qurbanlarının Anım Günü münasibətilə təşkil edilmiş tədbirə qatılıblar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 158

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...