SİYASƏT
A- A A+

Moskvada növbəti erməni təxribatının qarşısı alınıb

2020-01-28 10:20:39

.

Soydaşlarımız Rusiya Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq ideyalarını təbliğ etmək məqsədilə çəkilmiş erməni filminin Moskvada nümayişinin təxirə salınmasına nail olublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yanvarın 26-da Rusiya paytaxtının “Pobeda” kinoteatrında nümayişi nəzərdə tutulmuş “Aran - mistik ölkə” adlı bədii-sənədli filmin təqdimatı təxirə salınıb. Filmdə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun “tarixi Ermənistan” torpağı olduğu iddia edilib.

Filmin nümayişinə kəskin etiraz bildirən Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev şəhər hökumətinin mədəniyyət departamentinə müraciət edib. Erməni separatçılarının məkrli niyyətlərini diqqətə çatdıran icma sədri filmin göstərilməsindən imtina etməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda, Rusiyanın Xarici İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına müraciət göndəriləcək.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda erməni təxribatının qarşısı alınmışdı. Azərbaycanın Qazaxıstandakı səfirliyinin etirazı nəticəsində qardaş ölkədə yalançı faktlara əsaslanan “Qərbi Ermənistan, itirilmiş vətən” adlı erməni filminin nümayişindən imtina edilib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 234

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...