CƏMİYYƏT
A- A A+

Dünya şöhrətli iki soydaşımızın birgə kitabı

2020-01-28 09:35:07

.

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı "Fuzzy logic theory and applications" (Qeyri-səlis məntiq - nəzəriyyə və tətbiqetmələr) kitabı bu yaxınlarda soydaşlarımızın vətənində ölkə ictimaiyyətinə təqdim ediləcək.

Ölkə mediasının yaydığı xəbərdə bildirilir ki, XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin ətraf aləmə ənənəvi baxışını dəyişmiş dahi Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il dünyanın ən nüfuzlu elmi nəşriyyatı olan "World scientific"də işıq üzü görüb. Bu nadir nəşr çap olunduğu ilk günlərdən dünya elmi ictimaiyyətində böyük maraq doğurub. Nə qədər qəribə olsa da, həmin kitab Lütfi Zadənin müəllifi olduğu (burada həmmüəllifi - R.T) sayca ikinci kitabıdır.

Dünya elmində əsl hadisə sayılmış kitabın çapı barəsində ölkə mediasına açıqlamasında professor Rafiq Əliyev bildirib ki, Lütfi Zadə ömrü boyu ən mürəkkəb elmi nəzəriyyələrini də özü kitablaşdırmayıb. O, hər nəzəriyyə haqqında məqalə yazır, onların vasitəsilə ideyalar verirdi. Daha sonra isə həmin məqalə yüzlərlə kitabın yazılmasına səbəb olurdu. Bütün həyatını elmə həsr edən Zadənin, nə qədər qəribə olsa da, cəmi bir kitabı çap olunub. Həmişə məqalələrə üstünlük verən Lütfi Zadə özünün yazmaq və qismən də həyatını əks etdirmək istədiyi bircə kitabın çapında maraqlı olub.

Həyatının son illərində isə dahi soydaşımız elmi varisi professor Rafiq Əliyevə qeyri-səlis məntiqə aid birgə kitab yazmağı təklif edib. Zadə kitab üzərində bir müddət ən istedadlı yetirməsi Rafiq Əliyevlə bərabər çalışıb. Zadənin ömrü həmin kitabı nəşrə tam hazırlayıb çap etdirməyə çatmasa da, Rafiq Əliyev öz sevimli müəlliminin istəyini uzunmüddətli və böyük zəhmət hesabına gerçəkləşdirərək bu dəyərli elmi əsərin işıq üzü görməsinə nail olub.

Yenicə çap olunmasına baxmayaraq, artıq dünyanın bir sıra ölkələrinin ən məşhur universitetləri Lütfi Zadə və Rafiq Əliyevin həmmüəllifi olduğu kitabı əldə etmək şansını qaçırmayıblar.

"Qeyri-səlis məntiq - nəzəriyyə və tətbiqetmələr" kitabı qeyri-səlis məntiq nəzəriyyəsinə aid ikihissəli topludur. Lütfi Zadənin Rafiq Əliyevlə birgə yazdığı birinci hissə qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma tarixi, metodologiyası, tətbiq sahələri, yeni perspektivləri barədədir. İkinci hissədə isə qeyri-səlis məntiqin tətbiq olunduğu hər elm sahəsinin bir mütəxəssisinin məqaləsi yer alıb.

Dünyaca məşhur soydaşlarımızın beynəlxalq elmi dairələrdə böyük marağa səbəb olmuş kitabının təqdimat mərasimində oxucular Lüvfi Zadənin elmi xələfi olan Rafiq Əliyevə həsr olunmuş "Su kimi sakit və güclü" kitabı ilə də tanış olacaqlar. Bu topluda dünya şöhrətli alimin müxtəlif illərdə yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və onun barəsində qələmə alınmış yazılar yer alıb. Kitabın tərtibçisi şair-publisist Rafael Tağızadədir.

Təqdimat mərasimibu il fevralın 10-da saat 18:00-da Xəzər Universitetinin "Mərmər salonunda keçiriləcək (Ünvan: Neftçilər metro-stansiyasının yanı, Məhsəti küçəsi 41.)

T.AYDINOĞU

525.az


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 298

QHT və MEDİA

2020-02-19 09:05:29

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Par...

2020-02-18 09:55:39

QHT və MEDİA
Azərbaycan aliminin Berlin Humboldt Univ...
Azərbaycan aliminin Berlin Humboldt Univ...

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və dok...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...