SOSİAL
A- A A+

Bayrağımız qürur mənbəyimizdir!

2015-11-12 09:15:24

Hər bir dövlətin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs  rəmzlərdir. 100 ilə yaxın bir müddətdir ki, üçrəngli dövlət bayrağımız insanlar üçün ideal rəmzə çevrilib.

Azərbaycanın dövlətçilik tarixində  önəmli yer tutan Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Hökümətinin 1918-ci il 24 iyun  tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz  təsviri olan  bayraq  Azərbaycan Xalq Cümhuriyyətinin  dövlət bayrağı kimi qəbul edildi.  1918-ci il noyabrın 9-da Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli  Xan Xoyski  milli bayraq haqqında məruzə etmişdi.  Həmin dövrdən etibarən  üşrəngli bayrağımız  dalğalanmağa başlandı.
Hər il 9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı günü kimi böyük fəxarətlə, qürur hissi ilə qeyd olunur. Bunun özü  çox sevindirici haldır. Azərbaycan dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayraq - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

  Tarixdən bəllidir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Yalnız işğalçı sovet qoşunlarının müdaxiləsi nəticəsində  o zaman Xalq Cümhuriyyəti süqut etdikdən sonra bu üçrəngli bayrağımız endirilmişdi.

Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda Milli Azadlıq Hərəkatı  alovlanmağa başladı.  Bu üç rəngli bayrağımız yenidən meydanlara gətirildi. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək, onu Dövlət bayrağı elan etdi. 

  Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 

 Bu gün dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır.  İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmişdir.

Prezident İlham Əliyevin həmin mərasimdəki çıxışında bayrağımıza olan sevgini  bu şəkildə ifadə etmişdir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!" 

Bayrağa olan məhəbbət, vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olmalıdır. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə-idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun. Mənim fikrimcə, bu gün  hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil, bunu dərk edib qiymətləndirməlidir.

Hazırda bayrağımız 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada dalğalanır. Azərbaycan üçrəngli bağrağımız altında inamla irəliləyir. Bayrağımız hər zaman zirvələrdə dalğalansın!

Müqəddəs amallar uğrunda mübarizə aparan ADR-in tarixi ənənələri bu gün qətiyyətlə davam və inkişaf etdirilir. İnanırıq ki, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən Azərbaycan xalqı müstəqillik uğrunda aparılan mübarizədə daha böyük uğurlar və nailiyyətlər qazanacaq.İstiqlalımızın ideyalarını əzmlə, qətiyyətlə davam və inkişaf etdirmək bacarığı nümayiş etdirəcək

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1179

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...