QHT və MEDİA
A- A A+

Əli Məsimlinin seçiciləri ilə növbəti dəfə izdihamlı görüşü baş tutdu

2020-01-28 09:05:45

26 yanvar 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Məsimli Əli Əhməd oğlunun Şəki rayonunun Aşağı Göynük kəndində seçicilərlə görüşü keçirilib

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri deputatlığa namizədin platformasını qapı-qapı prinsipi ilə kənd sakinlərinə çatdırmışlar. Daha sonra deputatlığa namizəd Aşağı Göynük kəndində seçicilərlə görüşə qatılmışdır. Görüşdə Aşağı Göynük kəndində yaşayan müxtəlif sosial təbəqələrdən olan 200-yə yaxın seçici iştirak etmişdir.

Görüşdə Əli Məsimlinin vəkilləri - pedaqogika elmləri doktoru, professor Firədun İbrahimov, biologiya üzrə fəlsəfə doktoru.dosent Qüdürət Bəkirov çıxış edərək deputatlığa namizədin kimliyi və fəaliyyəti haqqında ətraflı məlumat vermiş və fevralın 9-da hamını seçkilrdə fəal iştiraka dəvət etmişlər. Vəkillərin çıxışından sonra deputatlığa namizədin vətəndaşları daha çox narahat edən sosial məsələlər və Şəkinin sosial- iqtisadi problemləri ilə əlaqədar parlamentdəki çıxışlarını əks etdirən qısa videoçarx təqdim edilmişdir.

Görüşdə çıxış edən deputatlığa namizəd Məslimli Əli Əhməd oğlu Milli Məclisin deputatı kimi keçən 4 illik fəaliyyəti barədə hesabat verdi. Ona etimad göstəriləcəyi halda hansı yeni qanun layihələrini hazırlayacağı, seçicilərin problemləri ilə bağlı həm Milli Məclis tribunasından, həm də ki, aidiyyatı icra sturukturları qarşısında qaldıracağı məsələlər barədə məlumat verdi. Deputatlığa namizəd bildirdi ki, qaldırılan problemlərin həllinin sürətləndirilməsi islahatlardan və islahatlara Sizin ciddi dəstəyinizdəən keçir. Deputatlığa namizəd seçicilərin çoxsaylı suallarını cavablandırandan sonra çıxış edənlər Əli Məsimlinin bundan sonra da Milli Məclisdə fəaliyyət göstərməsinin zəruri hesab etdiklərini vurğuldılar.

Maraqlı diskussiya şəraitində keçən görüş xeyli müddət ayaqüstü söhbətlər formasında davam etdirildi.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 321

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...