MƏDƏNİ
A- A A+

İstanbul kitab sərgisinin Azərbaycan bölməsində nümayiş olunan nəşrlər ziyarətçilərə paylanıb

2015-11-11 09:35:59

İstanbulun TÜYAP sərgi mərkəzində keçirilən 34-cü Beynəlxalq kitab sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə qurulan Azərbaycan bölməsi kitabsevərlər tərəfindən maraqla qarşılanıb

Bölmədə ümummilli lider Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən nadir kitablar, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri ilə bağlı 26 dildə işıq üzü görən nəşrləri, uşaqlar üçün maralı ədəbiyyatlar, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm imkanlarını təbliğ edən kitab, jurnal və broşürlər sərgilənib.

Mədəniyyət və Turizm Nazirliyinə aid hissədə Prezident İlham Əliyevin Sərəncamına əsasən latın qrafikalı əlifba ilə çap olunan çoxsaylı nəşrlər, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti, “Kitabi Dədə-Qorqud” ensiklopediyaları, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin və digər görkəmli yazıçı və şairlərimizin əsərləri, dünya ədəbiyyatından nümunələr təqdim olunub.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair, həmçinin ölkəmizin tarixini, iqtisadiyyatını, memarlığını, müasir inkişafını və digər sahələri əhatə edən video-slaydları bölmədə qurulmuş monitorda nümayiş etdirilib.

“Kaspi” Şirkətlər Qrupuna aid hissədə bu qurumun himayəsi ilə İstanbulda nəşr olunan “Hüseyn Cavid. Əsərləri” kitabı, “Hüseyn Cavid. Vətənə qayıdış” məqalələr toplusu və eyni adlı fotoalbom, Hüseyn Cavidin İranda fars dilində çap olunmuş “Şeyx Sənan” və “Peyğəmbər” əsərləri, “Üç əsrin qəzeti” və “Haqqın var yaşamağa” kitabları, həmçinin “Kaspi”nin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın Azərbaycan, türk və fars dillərində çap olunmuş “Arazbarı” və “Türkün gəlişi” kitabları sərgilənib. Bölmədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da yer alıb.

Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası isə sərgidə AMEA institutlarının elmi jurnallarını və Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, memarlığı, mətbəxi və digər sahələri əhatə edən çoxsaylı kitabları təqdim edib.

Azərbaycan bölməsini ziyarət edən Ankara Milli Kitabxanasının şöbə müdiri Fatih Böyükson AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları Sevil Əliyeva və Amil Mirzəyev ilə təmsil etdikləri kitabxanalar arasında mövcud əlaqələri daha da genişləndirmək istiqamətində müzakirələr aparıb. Bundan başqa, onlar İstanbul Universitetinin Mərkəzi Kitabxanasında olub, bu kitabxananın direktoru Pərvin Bezirci ilə əməkdaşlıq əlaqələrinin qurulması imkanlarını müzakirə ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Hədəf nəşrləri” tərəfindən çap olunan “Azərbaycan ədiblərini dünyaya tanıdaq” iyirmicildliyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar nəşr olunan və ilk dəfə sərgiyə çıxarılan beşcildlik, bundan başqa Nizami Gəncəvinin, Nəsiminin, Yusif Vəzir Çəmənzəminlinin, İsa Muğannanın, Məmməd Səid Ordubadinin, Səməd Vurğunun və digər korifeylərimizin əsərləri də sərgiyə çıxarılıb. Mədəniyyət və Turizm Nazirliyi, “Kaspi” Şirkətlər Qrupu, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, “Hədəf nəşrləri” və “Qələm” nəşriyyatlarının, eləcə də Türkiyədə fəaliyyət göstərən “Araz yayınçılıq” Kitab Evinin Azərbaycan bölməsində sərgilənən nəşrlərinin böyük hissəsi ziyarətçilərə pulsuz paylanıb


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1489

QHT və MEDİA

2020-02-22 22:05:34

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşə...

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...