SOSİAL
A- A A+

"Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik"

2015-04-03 10:00:58

Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda toplantı keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə imzaladığı tədbirlər planına əsasən, aprelin 2-də “Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda toplantı keçirilib. Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin etmək və gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürmək olub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbiri açaraq ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində görülən işlərin önəmindən danışıb. O, belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. DQİDK-nın sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf proseslərinin bütün sahələrə müsbət təsir göstərməsi ilə yanaşı, milli-mənəvi dəyərlərin qorunması üçün də geniş imkanlar açdığını söyləyib. Bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub: "Bütün dinlərə hörmət göstərilir, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslam dininin aparıcı din olması rəsmi şəkildə təsbit olunmur. Lakin biz İslam dininin dəyərlərini daim qorumuşuq". M.Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərindən danışaraq qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdış sürətlənib. O, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə mühüm xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işlərdən danışıb. Komitə sədri deyib ki, Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələri də fəaliyyət göstərir və onlara heç bir maneə yoxdur: "Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunub. Ölkəmizdə heç kim heç vaxt dini baxışına, inancına görə təqib olunmayıb və sıxışdırılmayıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsidir. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verir, ölkəmizdə multikultural mühit hökm sürür". M.Qurbanlı əlavə edib ki, insanlar arasında ayrı-seçkilik və onların sıxışdırılması təhlükəli nəticələrə gətirib çıxara bilər. Həyat göstərir ki, insanlar mütləq bir araya gəlməlidirlər, sülh, dostluq şəraitində yaşamalıdırlar. Ayrı-ayrı dinlər, mədəniyyətlər arasında qarşıdurma bəşəriyyət üçün təhlükə yarada bilər. Azərbaycanda insanlar digər dinlər və mədəniyyətlərdən bəhrələnsələr də, adət-ənənələrini və İslam dininin dəyərlərinə sadiqliklərini dəyişməyiblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 1413

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...