QHT və MEDİA
A- A A+

İsraildə Milli Qəhrəmanımız Albert Aqarunovun xatirəsinə həsr olunmuş layihə icra olunacaq

2020-01-22 11:35:39

.

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi həyata keçiriləcək. Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Gənclər Gününə təsadüf edən layihə Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsində qalib elan olunub. Milli Qəhrəmanımız Albert Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbirin İsrail tərəfdən təşkilati dəstəyi “Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasıdır.

Layihədə məqsəd İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin tədbir vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılmasıdır. Bədii hissədə Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) ilə yanaşı, İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı gözlənilir.

Tədbirdə Azərbaycanın görkəmli bəstəkarları Ü. Hacıbəyli, V. Adıgözəlov, Q. Qarayev, F. Əlizadə, İ. İsrafilovanın əsərləri ilə yanaşı, dünya bəstəkarların əsərləri səsləndiriləcək.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 136

QHT və MEDİA

2020-02-19 09:05:29

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Par...

2020-02-18 09:55:39

QHT və MEDİA
Azərbaycan aliminin Berlin Humboldt Univ...
Azərbaycan aliminin Berlin Humboldt Univ...

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və dok...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...