SOSİAL
A- A A+

Tibb Universitetində elmi-praktik konfrans

2015-11-11 09:15:39

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Təbabətin aktual problemləri -2015” mövzusunda elmi-praktik konfrans keçirilib

Universitetdən verilən məlumata görə, tədbirin açılışında çıxış edən akademik Əhliman Əmiraslanov bu tip konfransın artıq ikinci dəfə keçirildiyini qeyd edib.
 Onun sözlərinə görə, Tibb Universitetində təbabətin aktual problemlərinə həsr olunan toplantının ardıcıl olaraq hər il keçirilməsi planlaşdırılıb:
 “Konfransda müzakirə olunacaq mövzuların hər biri özünəməxsus səviyyədə vacib, önəmli mövzulardır. 
İnanıram ki, bu müzakirələr informativ baxımdan əhəmiyyətli olacaq, bizə xeyli məlumatlar verəcək”. 
O, həmçinin ölkəmizdə elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şərait yaradıldığını, bu sahəyə dövlət başçısı cənab Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edib. 
Ə.Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan tədbirdə cənab Prezidentin şəxsən iştirak etdiyini, bir sıra məsələlərlə bağlı mövqeyini açıqladığını xatırladıb. 
Akademik çıxışında ATU əməkdaşlarının əldə etdiyi elmi nailiyyətlər, universitetin malik olduğu modern tibbi avadanlıq barəsində də məlumat verib: 
“Hazırda Tibb Universitetində mövcud olan elektron mikroskopdan ən son elmi tədqiqatların aparılması üçün istifadə olunur.
ATU-nun əczaçılıq fakültəsi də qrant layihəsi çərçivəsində müasir tip cihazlar əldə edib”. 
Ə.Əmiraslanov ən qürurverici hallardan biri kimi impakt faktorlu elmi jurnallarda ATU əməkdaşlarının məqalələrinin dərc olunmasını qeyd edib: 
“2014-cü il ərzində tibb və biologiya bölməsindən 144 məqalə dərc olunub”. Daha sonra “Təbabətin aktual problemləri - 2015” elmi-praktik konfransı işini məruzələrlə davam etdirib. Konfrans iştirakçıları tərəfindən qaraciyər sirrozu zamanı transplantasiya, müxtəlif mənşəli neoplazmaların erkən diaqnostikası və proqnozlaşdırılması və digər mövzularda məruzələr dinlənilib. 
Toplantıda ATU-nun əməkdaşları ilə yanaşı Ukraynanın V.K.Qusak adına təxirəsalınmaz və bərpa institutundan olan alimlər də iştirak ediblər. 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 835

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...