2020-01-20 10:55:45 | MƏDƏNİYYƏT
“20 Yanvar” metrostansiyasında sərgi: “Tariximizin 30 illik yarası”

Tariximizin şəhid qanı ilə yazılmış səhifələrindən biri - 1990-cı ilin 20 yanvar gecəsi hər il Bakı metropolitenində böyük ehtiram və dərin hüznlə yad edilir. Qanlı tarixin 30-cu ildönümü ərəfəsində “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə “20 Yanvar” stansiyasında foto-sərgi təşkil edilib. Foto-sərgidə həmin qanlı gecədə baş vermiş faciələri kadrlara həkk etmiş fotoqrafların 50-dək əsəri nümayiş olunur

Fact-info.az trend-ə istinadən bildirir ki, sərgini açan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycanın azadlıq meyarı olan, hüznlə şərəf tarixini bir araya gətirən 20 Yanvar gecəsində Bakının yeraltı polad magistralının da səhərə qədər fəaliyyət göstərərək, tarixi rolunu xüsusi qeyd edib və sözü QSC-nin sədr müavini Hidayət Məmmədova verib.

Hidayət Məmmədov 20 Yanvar tarixinin xalqımızın yaddaşında 30 ildir yaşayan, qanla yazılmış, yaxın keçmişimizin unudulması mümkünsüz olan, mahiyyəti ildən ilə daha aydın dərk edilən acı, həm də şərəf, qürur doğuran reallığı olduğunu bildirib. Bu baxımdan hər sətri daş-qaya üzərinə həkk olunmuş yaxın tariximizin təcəssümü olan əsərlərin metropolitendə nümayişinin də zaman və məkan baxımından təqdirəlayiq layihələrdən olduğunu vurğulayıb.

Sədr müavini onu da qeyd edib ki, həmin gecə böyük cəsarət, əsl vətənpərvərlik nümunəsi nümayiş etdirərək, sübhədək işləmək barədə qərar verən Bakı metropolitençilərinin göstərdikləri fədakarlığı, hünəri olmasaydı, faciənin miqyası daha böyük, qurbanların sayı daha çox olardı. Xüsusən ən dəhşətli hadisələrin tüğyan etdiyi “Koroğlu” (o vaxt – “Əzizbəyov”), “İçərişəhər” (o vaxt – "Bakı Soveti"), xüsusən "20 Yanvar" (o vaxt – "XI Qızıl Ordu meydanı") stansiyaları ətrafında insanların harayına çatan metropoliten onların güllə-borandan sığınacaq yeri, yaralıların ilkin tibbi yardım və xəstəxanalara vaxtında çatdırıldığı əsas nəqliyyat dəhlizi oldu. Sonrakı matəm günlərində təzyiqlərə baxmayaraq, Bakı metropoliteni fəaliyyətini dayandırmadan xalqın yanında oldu. O günlərdə Bakıda əhalinin nəqliyyata olan tələbatını ödəyən əsas vasitə metropoliten idi.

Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu birliyin arxivində yer alan bu foto-əsərlərin ictimaiyyətə bu sərgi vasitəsilə təqdim olunmasının əhəmiyyətini qeyd edərək, onu vətən azadlığı, torpaqların azadlığı uğrunda canlarından keçən şəhidlərinin ruhuna ehtiram nümunəsi kimi dəyərləndirib. Paytaxt sakinləri və şəhərimizin qonaqlarına faciə barədə şəkillərin dili ilə söhbət açan sərginin təşkil edilməsində göstərdikləri dəstəyə görə “Bakı Metropoliteni” QSC rəhbərliyinə minnətdarlığını bildirən Mirnaib Həsənoğlu sərgini həm də o müdhiş gecə və sonrakı hüzn və etiraz günlərində həyatını min bir risk altına atan fotoqrafiya ustalarının əməyinə də verilən yüksək qiymət adlandırıb. AFB foto-arxivindən olan unikal fotolar arasında 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini təmin edən Ümummilli lider Heydər Əliyevin Şəhidlər Xiyabanında çəkilmiş nadir fotolarının nümunə çəkən Mirnaib Həsənoğlu qeyd edib ki, fotoqrafiya sənətinin əhəmiyyətini, bu sahədə çalışanların fədakarlğının tarixi bir missiya olduğunu əyani nümayiş etdirir.

Xidmət şöbəsinin rəisi Lalə Babayeva öz çıxışnda belə bir sosialyönümlü, maarifləndirici, həmçinin unudulmayan qan yaddaşımızın ictimaiyyətə bir daha tanıdılması baxımından “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin birgə layihəsinin təşkilini uğurlu bir addım adlandırıb.

Tədbirin sonunda bu günlərdə bu fotoşəkillərin yanında ayaq saxlayıb məhrumiyyətlərdən keçən azadlığın qədəri və qiymətinə bir daha diqqət etməyin hər birimizin bir vətəndaş mövqeyinin möhkəmlənməsinə, həmçinin ölkə, dövlət və cəmiyyətin inkişafı naminə hər birimizin məsuliyyətinə təsir edə bilər.

O yanvar gecəsinin əbədi günahsız qurbanları sırasında iki metropolitençinin – İlqar Qarayev və Əflatun Kazımovun da olduğunu qeyd edən Bəxtiyar Məmmədov həmin gecə sübhədək iş başından çəkilməyərək, insanlara xidmət göstərənlərin vətən qarşısında əvəzsiz xidmət olduğunu deyib. Gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması baxımından onların xatirələrinin əhəmiyyətli olduğunu vurğulayan B.Məmmədov tədbirə toplaşanlara o müdhiş gecənin və hüzn günlərinin əsas qəhrəmanlarını təqdim edib.

Həmin gecə şəhid olmuş metro inşaatçısı Əflatun Kazımovun oğlu Surac Kazımov atası ilə bağlı olan xatirələrini iştirakçılarla bölüşüb, bundan başqa həmin gündən metropoliten rəhbərliyinin ona və ailəsinə olan daimi diqqətini bir daha vurğulayıb. Onu da xüsusi vurğulamaq lazımdır ki, şəhid Əflatun Kazımovun oğlu da taleyini məhz metropolitenlə bağlayıb, bugün o da metropolitençi adını daşıyır.

Sərgidə həmçinin o gecə düşmən gülləsinə tuş gəlmiş metropolitençi Mansur Qocayev də xatirələrini bölüşüb.

Tədbir iştirakçıları həmin gecə metropolitenin fəaliyyəti barədə həqiqətləri sübhədək sükan arasından çəkilməyən, həm də insanlara mənəvi dəstəyini də əsirgəməyən qatar maşinistləri Cahil Həsənov, Akif Rəhimovun da dilindən eşidiblər.

Baxış sayı : 321
Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42 Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür 2020-09-28 06:55:50 "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur" 2020-09-28 06:50:27 Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır 2020-09-27 21:45:51 Ölkə QHT-lərinin müraciəti: Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! 2020-09-27 20:25:03 Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN 2020-09-27 20:05:14 Prezident İlham Əliyev: Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti onun faşist mahiyyətini bütün dünyaya göstərir 2020-09-27 14:05:59 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13