CƏMİYYƏT
A- A A+

Ermənistan təşviş içindədir

2015-11-10 21:05:16

“Ermənistanın Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin üzvü Robert Uolter tərəfindən hazırlanmış hesabata və komitənin qəbul etdiyi müvafiq qətnaməyə isterik münasibəti bariz şəkildə bu ölkənin təşviş içərisində olmasından xəbər verir”.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransında səslənən fikirlərə münasibət bildirərkən deyib. (apa)

H. Hacıyev qeyd edib ki, bu, Ermənistanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir: “9 noyabr tarixində Ermənistan və Rusiya xarici işlər nazirlərinin Yerevanda keçirilmiş birgə mətbuat konfransında sözügedən hesabat müzakirə mövzusu olub. Biz də mətbuat konfransında münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi, Ermənistan və Azərbaycan arasındakı razılıq əsasında ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərməsi barədə fikri bölüşürük. Minsk Qrupu həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli 525/95 saylı ATƏT sənədində də həmsədrlərin öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələri (822, 853, 874, 884), BMT Nizamnaməsi və ATƏT-in Budapeşt sammitinin qərarlarını rəhbər tutmaları və BMT TŞ-nın qətnamələrinin icrası haqqında BMT TŞ-nın prezidenti və BMT-nin baş katibinə hesabat vermələri təsbit olunub. Xarici İşlər Nazirliyi dəfələrlə öz narazılığını bildirib ki, ATƏT MQ-nin həmsədrləri BMT TŞ tərəfindən ona verilən mandatı hələ ki doğrultmayıb. 20 ildən artıq dövr ərzində ATƏT-in Minsk Qrupu münaqişənin həll edilməsində hər hansı irəliləyişə nail olmayıb, obrazlı şəkildə desək, Ermənistan silahlı qüvvələrinin bir əsgəri belə işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyib, bir qaçqın və məcburi köçkün də öz doğma yurd-yuvasına qayıtmayıb. Bunun da əsas səbəbi ATƏT Minsk Qrupunun Ermənistan tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalına münasibətdə barışdırıcı mövqeyidir”.

Hikmət Hacıyev bildirib ki, Ermənistanın dəstəyi ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh prosesini inhisara almaq və mövcud status-kovunu olduğu kimi saxlamağa cəhd göstərmələri barəsində hələ də güclü qənaət var: “Azərbaycan beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavüzü, işğalı, işğal olunmuş ərazilərdə törədilmiş dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması haqqında məlumatlandırmağa dair öz təcrübəsini və fəaliyyətini davam etdirir. ATƏT Minsk Qrupunun həmsədrləri BMT TŞ-nın qeyd olunan qətnamələrində və həmsədr ölkələrin prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında təsbit olunduğu kimi, sülh danışıqlarında irəliləyişə nail olmaq üçün səylərini artırmalıdırlar. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün malik olduğu bütün vasitələrdən istifadə edəcək”. 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1160

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...