QHT və MEDİA
A- A A+

"20 Yanvar - yaddaşlarda əbədiləşən tarix və müasir çağırışlar"

2020-01-19 14:45:12

.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin və Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının birgə təşkilatçılığı ilə "20 Yanvar - yaddaşlarda əbədiləşən tarix və müasir çağırışlar" mövzusunda tədbir keçirilib. Öncə faciəni özündə əks etdirən anım sərgisinə baxış olub.

Tədbiri giriş sözü ilə AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 Yanvar faciəsinin otuzuncu ildönümünün qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq Ədəbiyyat İnstitutunda anım tədbirinin keçirilməsini şəhidlərin ruhuna ehtiram kimi səciyyələndirib. Qanlı qırğına münasibət bildirən akademik qeyd edib ki, "elmdə də, tarixdə də qəbul olunub ki, 20 Yanvar Azərbaycan tarixinin təkcə faciəvi bir günü deyil, müstəqillik dövrünün çox əhəmiyyətli dönüş məqamıdır. 20 Yanvar hadisəsindən sonra Azərbaycan xalqı bu vaxta qədər mübarizə apardığı müstəqillik yolundan qətiyyən dönməyəcəyini bir daha bəyan etdi. Həmin ağır faciəli günün təskinliyi Azərbaycanın müstəqillik qazanmasıdır".

Faciənin baş verdiyi dövrə münasibət bildirən akademik İsa Həbibbəyli əlavə edib ki, "20 Yanvar faciəsinə ilk dəfə olaraq Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev 21 yanvar 1990-cı ildə Moskvada Azərbaycanın daimi nümayəndəliyindəki bəyanatı ilə siyasi qiymət verdi. Bu, 20 Yanvar şəhidlərinin ruhuna ən yüksək siyasi qiymətin ifadəsi idi. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətinin sükanı başında qətiyyətlə dayanaraq ölkəmizin dövlət müstəqilliyini inkişaf etdirir".

Sonra Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova "20 Yanvar - Yaddaşda əbədiləşən tarix", Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli "20 Yanvar cinayəti - tarixin daha bir ibrət dərsi" adlı məruzələrlə çıxış ediblər.

Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi "Milli azadlıq mücahidi Ülvi Bünyadzadə" adlı məruzəsi ilə 20 Yanvar şəhidi Ülvinin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə AMEA Qadınlar Şurasının İdarə Heyətinin sədri Rəna Mirzəzadə də çıxış edərək faciə qurbanlarının qanının yerdə qalmadığını, ölkəmizin azadlığa qovuşduğunu diqqətə çatdırıb.

Ardınca 20 nömrəli məktəbin 9-cu sinif şagirdi Şammədzadə Fatimə Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirini səsləndirib. Həmçinin, 20 nömrəli məktəb liseyin 9-cu sinif şagirdi Etibar Məmmədov, 7-ci sinif şagirdi Elcan Həsənov və Ləman Ələsgərova "Vətən sağ olsun" musiqi kompozisiyasını nümayiş etdiriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 207

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...