İQTİSADİ
A- A A+

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı Avropa-Asiya arasında rəqəmsal mərkəzə çevirəcək

2020-01-17 09:40:54

.

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti ölkənin Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində “Azerbaijan Digital Hub” proqramının icrasına davam edir.

Proqramın ilk fazasında şirkət ölkə daxilində və xaricində dayanıqlı magistral infrastruktur quruculuğu üzrə layihələr reallaşdırır. Hazırda Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi layihələrinə başlanılıb. Bu marşrutlar üzrə fiber-optik kabel xətlərinin çəkilməsi məqsədilə 2019-cu il martın 19-da Azərbaycanla Qazaxıstan, noyabrın 28-də isə Azərbaycanla Türkmənistan arasında dövlətlərarası sazişlər imzalanıb.

Sazişlərə əsasən, Azərbaycan-Qazaxıstan marşrutu üzrə 400 kilometr uzunluğunda xəttin (TransCaspian Fiber Optic – TCFO) çəkilişini Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstanın isə “KazTransCom” və “Transtelecom” şirkətləri icra edəcək. Layihənin 2021-2022-ci illərdə tamamlanması planlaşdırılır. Ötən ilin noyabrında Qazaxıstanın Aktau şəhərində Azərbaycan-Qazaxıstan marşrutu üzrə layihənin təməlqoyma mərasimi keçirilib və tədbirdə hər iki ölkənin Baş Naziri, dövlət rəsmiləri və layihəni icra edən şirkətlərin rəhbərləri iştirak ediblər.

Azərbaycan-Türkmənistan marşrutunun uzunluğu isə 300 kilometr olacaq və layihəni “AzerTelecom” və “Türkməntelekom” operatorları icra edəcək.

“AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, Qazaxıstan istiqaməti üzrə xəttin məlumat ötürmə gücü ən azı 4-6 terabit/saniyə, Türkmənistan istiqaməti üzrə isə 2-3 terabit/saniyə olacaq.

“Prezident İlham Əliyev ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi məsələsinə toxunub, layihənin önəmli olduğunu bildirib və qeyd edib ki, bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiber-optik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Azərbaycan Prezidentinin diqqət mərkəzində olan bu strateji layihələrin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icrası əsas hədəfimizdir”, – deyə F.Allahverdiyev qeyd edib.

Xəzərin dibi ilə magistral xətlərin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə tarixi İpək Yolunun üzərində rəqəmsal ipək yolu formalaşacaq. Qazaxıstan istiqaməti üzrə Qazaxıstanın və Çinin, Türkmənistan istiqaməti isə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistanın data trafikinə olan ehtiyacı təmin ediləcək.

“AzerTelecom” Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 145

QHT və MEDİA

2020-02-19 09:05:29

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Par...

2020-02-18 09:55:39

QHT və MEDİA
Azərbaycan aliminin Berlin Humboldt Univ...
Azərbaycan aliminin Berlin Humboldt Univ...

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və dok...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...