MƏDƏNİ
A- A A+

“Əlvida söyləmədən...” kitabı Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunub

2020-01-16 09:25:53

.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə “Azərkitab” Kitab Mərkəzində M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının fəxri oxucusu Sevinc Ağa Xəlilqızının (Basqallı) “Əlvida söyləmədən...” kitabının təqdimatı keçirilib.

Tədbirdə müəllif çıxış edərək kitabla bağlı məlumat verib. Bildirib ki, yeni nəşr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətənə və Azərbaycanın ərazi bütövlüyünə həsr olunmuş sitatları ilə başlanır. Daha sonra kitabda Prezident İlham Əliyevin vətənpərvərlik haqqında sitatları yer alır. Vurğulanıb ki, kitabda Dağlıq Qarabağda baş vermiş hadisələr və Qarakənd faciəsindən də bəhs edilir. Müəllif tarixi faktları araşdıraraq xatırladıb ki, bugünkü Ermənistan ərazisinin 82 faizi Azərbaycan torpaqlarıdır. Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Göyçə mahalı, Göyçə gölü bizim ata-baba yurdlarımızdır. Kitabda şəhidlər haqqında tarixi məlumatlar əks olunub, şeirlər verilib. Qarakənd yaxınlığında Azərbaycana məxsus hərbi helikopterin ermənilər tərəfindən vurulmasına həsr olunmuş povest də kitabda əsas yer tutur.

Bakı Dövlət Universitetinin (BDU) dosenti, filologiya üzrə fəlsəfə doktoru, kitabın məsləhətçisi Tahir Cəfərli kitab haqqında geniş danışıb, Qarabağ uğrunda həlak olan bütün şəhidləri qəhrəman adlandırıb. Kitabın məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova qeyd edib ki, Qarabağ uğrunda mübarizə Azərbaycanın ən yeni tarixinin əsas səhifələrindən biridir.

Kitabın redaktoru, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Dəyanət Osmanlı vurğulayıb ki, kitabda xronoloji ardıcıllıqla çox mühüm faktlar öz əksini tapıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 141

QHT və MEDİA

2020-02-20 09:25:37

QHT və MEDİA
Amerikalı ekspert: Ermənistan hökumətini...
Amerikalı ekspert: Ermənistan hökumətini...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə amerikalı ekspert Piter Teys ...

2020-02-19 09:05:29

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Par...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...