SOSİAL
A- A A+

Fərid Şəfiyev Çində Azərbaycan dilini öyrənən tələbələrlə görüşüb

2020-01-16 09:10:36

.

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və rəhbərlik etdiyi nümayəndə heyəti Pekin Xarici Dillər Universitetini ziyarət edib.

Görüş zamanı universitetin rektoru Yang Dan Azərbaycanın Çin üçün əhəmiyyətli ölkə olduğunu qeyd edərək, universitetdə fəaliyyət göstərən Azərbaycan dili kafedrası və ümumilikdə Azərbaycan dilinin tədrisi ilə bağlı məlumat verib. Daha sonra nümayəndə heyəti Azərbaycan dili kafedrası ilə yaxından tanış olub, universitetdə Azərbaycan dilini öyrənən çinli tələbələrə BMTM haqqında ətraflı məlumat verib və onların mərkəzin təqaüd və təcrübə proqramlarına cəlb edilməsi imkanlarını müzakirə edib. Sonda Fərid Şəfiyev tələbələr qarşısında Azərbaycanın keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlərə dair təqdimatla çıxış edib.

Qeyd edək ki, Çinə səfəri zamanı Fərid Şəfiyev və Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Çin Xalq Diplomatiyası Assosiasiyasının prezidenti U Haylon (Wu Hailong), Xarici Məsələlər üzrə Çin Xalq İnstitutunun Prezidenti Van Çao (Wang Chao), Çin Xalq Respublikasının Dövlət Şurasının İnkişaf və Tədqiqat Mərkəzi nəzdində Avropa və Asiya ölkələrinin Sosial İnkişafı İnstitutunun direktoru Li Fenlinlə görüşüblər. Görüşlərdə regionumuzda və Orta Şərqdə gedən proseslər, Çinin Cənubi Qafqaz ölkələri ilə münasibətləri, "Kəmər və Yol" təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanda həyata keçirilən islahatlar haqqında fikir mübadiləsi aparılıb.

Eyni zamanda səfir Əkrəm Zeynallı Çin-Azərbaycan münasibətlərinin gələcək perspektivi və qeyd edilən təşkilatlar ilə səfirliyin əməkdaşlıq imkanları barədə məlumat verib.


Kateqoriya : SOSİAL Baxış sayı : 129

QHT və MEDİA

2020-02-20 09:25:37

QHT və MEDİA
Amerikalı ekspert: Ermənistan hökumətini...
Amerikalı ekspert: Ermənistan hökumətini...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə amerikalı ekspert Piter Teys ...

2020-02-19 09:05:29

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Par...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...