TƏDQİQATLAR
A- A A+

“Girdiman. Tarixi və Tarixi-coğrafiyası” kitabı

2015-11-10 09:30:26

Professor Qafar Cəbiyevin “Elm və Təhsil” nəşriyyatinda çapdan çıxan “Girdiman. Tarixi və Tarixi-coğrafiyası” kitabının təqdimat mərasimi olub

MİRAS İctimai Birliyindən verilən məlumata görə, kitabda erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında xüsusi yeri olan Girdiman vilayətinin tarixi və tarixi-coğrafiyasından bəhs olunur. Mərasimdə Azərbaycanın tanınmış tarixçi, arxeoloq, memar və sənətşünasları iştirak edib. Əsərdə çoxsaylı mənbə məlumatları, zəngin arxeoloji material, təkzibolunmaz təbii-coğrafi və etnik reallıqlar əsasında Girdiman vilayətinin tarixi və tarixi-coğrafiyası dərindən və hərtərəfli surətdə araşdırılıb. Tədbirdə MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli tanınmış alim və ziyalı Qafar Cəbiyev və onun kitabı haqqında danışıb. Qeyd edib ki, müəllifin son zamanlar silsilə şəklində nəşr etdirdiyi kitablar maraq doğurur. Kitabın müəllifi Qafar Cəbiyev əsərin yazılma səbəbləri, son vaxtlara qədər Girdiman vilayətinin lokalizə olunmasındakı yanlışlıqlar, apardığı tədqiqatlar barədə məlumat verib. 
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, rəyçiləri AMEA-nın müxbir üzvləri Vəli Əliyev və Cəfər Qiyasidir. Vəli Əliyev çıxışında həmişə Girdiman vilayətinin ərazisi məsələsi ilə maraqlandığını, Girdiman çayı və Cavanşir qalasının bu vilayətin ərazisinin lokallaşdırılmasında əsas məqam olduğunu deyib. O, aparılan arxeoloji tədqiqatların da bu tarixi-coğrafi problemin həllində mühüm rol oynadığını bildirib. Cəfər Qiyasi son zamanlar tarixə diletant baxışın artdığını, belə məqamda tarixçi alimlərin əsərlərinin nəşrinin zəruri olduğunu qeyd edib. Kitabdakı bölmələrdən birinin “Uydurmalar və reallıqlar” adlanması bu mənada əlamətdardır. O, Qafar Cəbiyevin Qafqaz Albaniyasının şəhər və qalalarını öyrənməyə üstünlük verməsini təqdir edib. Professor Kübra Əliyeva Qafqaz Albaniyasını araşdıran alimlərin bu əsəri mənbə kimi istifadə edəcəyinə inandığını deyib. Professor Qasım Hacıyev kitabın həm də Qafar Cəbiyevin doktorluq dissertasiyasının davamı olan fundamental tədqiqat əsəri kimi xarakterizə edib.

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1619

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...