QHT və MEDİA
A- A A+

Valideyn himayəsindən məhrum uşaqların əsərlərindən ibarət sərgi keçirildi

2020-01-14 20:50:23

.

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilən “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” adlı 4 aylıq layihənin yekununda Gəncə Dövlət Filarmoniyasında böyük sərgi təşkil olundu.

Valideyn himayəsindən məhrum olan uşaqlar 4 ay ərzində Gəncə Gənclər evinə gələrək dekorativ-tətbiqi sənət kursu keçdilər. Uşaqların 4 ay ərzində hazırladıqları əl işləri sərgiyə çıxarıldı. Sərgidə Gəncənin rəsmi şəxsləri, universitet tələbələri, sıravi vətəndaşlar və uşaq evinin uşaqları iştirak etdilər.

-“Mədəniyyət Nazirliyinin bu layihəsini icra etməklə çox sayda istedadlı uşaqlar aşkar etdik ki, həmin uşaqlara mütəmadi olaraq dekorativ-tətbiqi sənət dərsi keçilsə, o uşaqların gələcəkdə dizayn və dekorativ-tətbiqi sənət müəllimi ola bilmə ehtimalı olduqca yüksəkdir. Biz bu layihənin icrasına başlayanda düşünürdük ki, görəsən uşaqların bu sahəyə marağı olacaqmı? Açığı bu cür yaxşı nəticə alacağımızı da gözləmirdik. Uşaqlar ilk gündən kursa çox böyük həvəslə gəlib, sənəti mənimsəməyə çalışdılar. Layihəmizin uşaqları bu qədər xoşbəxt etməyi bizləri daha da həvəsləndirirdi. Uşaqların layihə çərçivəsində dekorativ-tətbiqi sənət müəllimi Gəncə Gənclər evinin istedadlı müəllimi Sona xanım Məhərrəmova idi. O, uşaqlara könüllü dərs verirdi. Gəncə Gənclər evinin həmin uşaqlara könüllü dəstəyi, 4 ay ərzində məkanı bizim ixtiyarımıza təmənnasız vermələri həqiqətən də layihəmizə böyük dəstək verdi. Könüllülük vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.

Cənab prezidentin sərəncamına əsasən bu ilin “Könüllülər ili” elan edilməsi də hesab edirəm ki, könüllü gənclərimizə daha da stimul verəcək, gənclərimiz könüllülük fəaliyyəti ilə xalqımıza, dövlətimizə əvvəlki illərə nisbətən daha da məsuliyyətlə xidmət göstərəcəklər.

Sonda isə hər zaman vətəndaş cəmiyyəti insitutlarına dəstək olan cənab Prezidentimizə və layihəmizin maliyyə dəstəkçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanova xüsusi minnətdarlığımızı bildiririk.” – Təşkilatın sədri Lamiyə İsazadə qeyd edir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 89

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...