SOSİAL
A- A A+

Ombudsman 20 Yanvar hadisələri ilə bağlı silsilə tədbirlər keçirib

2020-01-14 08:40:44

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının regional mərkəzləri tərəfindən 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Quba rayonunun Qəçreş, Şəki rayonunun Şorsu kəndlərində, Naftalan şəhər 2 saylı orta məktəbdə, Xızı şəhər tam orta məktəbdə, Qusar şəhər 6 saylı tam orta məktəbdə, Oğuz şəhər 1 saylı tam orta məktəbdə və Cəlilabad şəhər 8 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin mahiyyətindən, həmin dövrdə cərəyan edən proseslərdən, hadisəyə siyasi-hüquqi qiymət verilməsindən bəhs edilib. Qeyd olunub ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet ordusu hissələrinin həyata keçirdiyi hərbi təcavüz nəticəsində paytaxt Bakıda və rayonlarda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

Tədbirlərdə törədilmiş qırğının insanlıq əleyhinə cinayət olduğu, faciəyə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Ulu öndərin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edilib, Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub.

Çıxışlarda Azərbaycan xalqına qarşı törədilmiş qanlı yanvar hadisələrinin günahkarlarının cəzalandırılmasının zəruriliyi vurğulanıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 130

QHT və MEDİA

2020-01-28 09:05:45

QHT və MEDİA
Əli Məsimlinin seçiciləri ilə növbəti də...
Əli Məsimlinin seçiciləri ilə növbəti də...

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri ...

2020-01-27 20:45:22

QHT və MEDİA
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev b...

CƏMİYYƏT

2020-01-28 09:35:07

CƏMİYYƏT
Dünya şöhrətli iki soydaşımızın birgə ki...
Dünya şöhrətli iki soydaşımızın birgə ki...

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi səl...

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...