QHT və MEDİA
A- A A+

“AzTV-də yeni verilişlər”

2020-01-13 17:15:42

Bədii Şuranın 2020-də ilk iclası

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın növbəti toplantısı keçirilib.

İclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək bu il görüləcək işlər və gözləntilər barədə qısa məlumat verib. Sədr qeyd edib ki, artıq bu il İdman TV-nin səhər proqramı efirə çıxacaq və bununla hər üç (AzTV, Mədəniyyət TV və İdman TV) kanalın ayrıca səhər proqramı olacaq.

Mədəniyyət TV-nin səhər studiyasının yenidən tikildiyini deyən Rövşən Məmmədov bildirib: “Bu il AzTV-də yeni daha maraqlı və daha dinamik verilişlər görəcəksiniz. İl ərzində daha bir neçə yeni studiyanın tikilməsi planlaşdırılır. Verilişlər arasında rəqabət müşahidə olunur. Eyni zamanda, “Hüquq və mən”, “Baku s Nadejdoy” kimi verilişlərin çəkilişləri artıq başlanıb və yaxın günlərdə yayımlanması planlaşdırılır”.

İclasda Şura üzvləri - Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Ramiz Quliyev, Xalq artisti Faiq Sücəddinov, Xalq artisti Mənsum İbrahimov, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və digərləri danışaraq fikir və təkliflərini bildiriblər. Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Həmçinin qərara alınıb ki, Bədii Şura bölgələrdə də bu il bir qədər fərqli formatda ictimaiyyətlə görüşlər keçirsin. Bu il ilk görüş yeri olaraq Sumqayıt şəhəri seçilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 249

QHT və MEDİA

2020-01-28 09:05:45

QHT və MEDİA
Əli Məsimlinin seçiciləri ilə növbəti də...
Əli Məsimlinin seçiciləri ilə növbəti də...

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri ...

2020-01-27 20:45:22

QHT və MEDİA
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev b...

CƏMİYYƏT

2020-01-28 09:35:07

CƏMİYYƏT
Dünya şöhrətli iki soydaşımızın birgə ki...
Dünya şöhrətli iki soydaşımızın birgə ki...

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi səl...

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...