SİYASƏT
A- A A+

Prezident İlham Əliyev alimləri təkliflər verməyə çağırıb

2015-11-10 09:20:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib, nitq söyləyib

Dövlət başçısı Milli Elmlər Akademiyasının 70 il ərzində uğurlu yol keçdiyini, bu gün də ölkənin inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verdiklərini, onların elmi fəaliyyəti sayəsində müxtəlif sahələrdə ən müasir texnologiyaların tətbiq edildiyini bildirib. 
Ölkənin tərəqqisində alimlərin rolundan danışan İlham Əliyev yeni təhlükələr və təhdidlərin mövcud olduğu dünyada hər bir ölkənin öz daxili resurslarına arxalanmasının vacibliyini qeyd edib.
Bildirib ki, dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər ərzində neft-qaz amilindən asılılığı azaltmağa çalışır və buna nail olur.
“Əminəm ki, gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək,” - deyən dövlət başçısı növbəti illərdə də iqtisadi inkişafın dayanıqlılığı istiqamətində səylər göstəriləcəyini, heç kəsdən asılı olmamaq üçün daxili resurslardan istifadə ediləcəyini vurğulayıb. 
Prezident İlham Əliyev dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz dəyərli təkliflərini verməyə çağırıb. Dövlət başçısı demoqrafik inkişaf əsas götürülərək alimlərin indidən yeni strategiya üzərində işləmələrinin zəruriliyini qeyd edib, onları qeyri-neft sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı fəal olmağa çağırıb. 
“Sənaye və kənd təsərrüfatı sahələri bizim gələcək inkişafımızı təmin edəcək”, - deyən Prezident İlham Əliyev bildirib ki, kosmik sənayedə beynəlxalq əməkdaşlıq dərinləşməlidir. Dövlət başçısı hərbi sənaye sahəsində də Azərbaycan alimlərinin fəaliyyəti üçün geniş meydanın olduğunu söyləyib. Qeyd edib ki, bu gün ölkəmiz mindən çox adda hərbi təyinatlı məhsul istehsal edir və Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal hesabına həyata keçirilir. 
Prezident İlham Əliyev ölkə üçün strateji əhəmiyyət daşıyan neft-qaz sahəsində də alimlərin ən yeni texnologiyalardan istifadə etmək məqsədilə dünya təcrübəsi ilə tanış olmağa çağırıb. “Alimlər qarşısında duran vəzifələr çoxdur. Əsas istək odur ki, Azərbaycan elmi inkişaf etsin və ümumi inkişafımıza töhfəsini versin”, - deyən dövlət başçısı humanitar elmlərin önəmini də vurğulayıb. Bildirib ki, multikulturalizm, Azərbaycan dilinin saflığının qorunması, zəngin tariximiz haqqında dünyaya daha dolğun məlumatın çatdırılmasında alimlərimiz fəal olmalıdırlar.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1074

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...