TƏDQİQATLAR
A- A A+

Prezident İlham Əliyev: Azərbaycan əksər ölkələrlə səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub

2020-01-13 08:55:10

.

Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün əksər ölkələrlə səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişik.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 93-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2019-cu ildə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin fevral-mart aylarını əhatə edir.

Çoxcildliyin 93-cü kitabına Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfərə gəlmiş Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüş və danışıqlarına dair informasiyalar, dövlət başçılarının mətbuata bəyanatlarının mətnləri daxil edilib. Nəşrdə Azərbaycan Prezidentinin Böyük Britaniya, Türkiyə, İtaliya, Səudiyyə Ərəbistanı, Rusiya, İran və digər dövlətlərin, Avropa Komissiyasının, ATƏT-in, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi barədə materiallar verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dair informasiyalar, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında, VII Qlobal Bakı Forumunda söylədiyi nitqlərin mətnləri ilə tanış ola bilər.

Ağsu və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı dövlətimizin başçısının həmin rayonlara, habelə Beyləqana, Sumqayıta səfərləri, müxtəlif infrastruktur obyektlərinin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri haqqında xəbərlər də yeni nəşrə daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 93-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 153

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...