SOSİAL
A- A A+

Akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

2020-01-11 17:55:06

.

Yanvarın 11-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 saylı məktəbdə məktəbin məzunu görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə SOCAR rəhbərliyinin nümayəndələri, Sabunçu rayon İcra Hakimiyyətinin icra başçısı Adil Vəliyev, qəsəbə sakinləri, yubilyarın yaxınları iştirak etmişlər.

Azərbaycan Respublikası Prezidentinin "Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" 2009-cu il 19 dekabr tarixli sərəncamına əsasən təşkil edilmiş mərasimdə yubilyarın həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verilmiş, sonra yeni ekranlaşdırılmış “Azərbaycan neftçisinin rəmzi – akademik Xoşbəxt Yusifzadə” filmi nümayiş etdirilmişdir. Filmdə akademik Xoşbəxt Yusifzadənin keçdiyi həyat yolundan bəhs edilmişdir.

İlk olaraq söz akademikin məzunu olduğu 112 saylı məktəbin direktoru Xədicə Babayevaya verilmiş, o məktəbin tarixi və tanınmış məzunlarından bəhs etmiş, bu gün də məktəbi hər bir şagirdi üçün akademik Xoşbəxt Yusifzadənin bir ideal olduğunu bildirmişdir. SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yubiliyarın bir neftçi kimi məziyyətlərindən danışmış, qeyd etmişdir ki, Xoşbəxt müəllimin həyatda qazandığı uğurların rəhni gündəlik fədakar əməkdir. Tədbirdə Yusifzadələr ailəsinin yaxın dostu Akif Quliyev, qonşuları şair Oktay Sultan, Pirşağı poliklinikasının baş həkimi Ramidə İbrahimova çıxış edərək akademik Xoşbəxt Yusifzadə ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər.

Tədbirdə Azərbaycan klasssiklərinin musiqiləri səsləndirilmişdir.


Kateqoriya : SOSİAL Baxış sayı : 125

QHT və MEDİA

2020-01-28 09:05:45

QHT və MEDİA
Əli Məsimlinin seçiciləri ilə növbəti də...
Əli Məsimlinin seçiciləri ilə növbəti də...

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri ...

2020-01-27 20:45:22

QHT və MEDİA
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev b...

CƏMİYYƏT

2020-01-28 09:35:07

CƏMİYYƏT
Dünya şöhrətli iki soydaşımızın birgə ki...
Dünya şöhrətli iki soydaşımızın birgə ki...

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi səl...

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...