CƏMİYYƏT
A- A A+

Şəhid Ülvi Bünyadzadəyə həsr olunan şeir və esse müsabiqəsinin qalibləri müəyyənləşib

2020-01-11 10:40:29

.

“525-ci qəzet”in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda keçirdiyi şeir və esse müsabiqəsi kifayət qədər diqqət çəkib və geniş maraq doğurub. Bu, sözsüz ki, həm şəhid şairimizin həyat və yaradıcılığına maraqdan, xatirəsinin daima əziz tutulmasından, həm də mövzunun aktuallığından qaynaqlanır. Ülvi Bünyadzadənin doğum günü olan 23 sentyabrdan başlayaraq 2 dekabra qədər əsər qəbulu davam etmiş müsabiqə artıq yekunlaşıb və qaliblər müəyyən olunub.

Müəlliflər arasında, gənc olmalarına baxmayaraq, artıq kifayət qədər tanınan qələm sahiblərilə yanaşı, bir sıra yeni imzalar da var ki, bu da özlüyündə diqqətəlayiq cəhətdir.

Professor Cahangir Məmmədli, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və “525-ci qəzet”in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin münsif olduğu müsabiqədə ümumilikdə 40-a yaxın müəllif iştirak edib.

Hər üç münsifdən ən yüksək balları alan Şəfa Vəli “Anamın boyat dərdi” essesi ilə 1-ci mükafatı qazanıb. 2-ci (üç mükafat) və 3-cü yerlər (5 mükafat) üzrə qaliblərin bir neçəsi bərabər ballar topladıqları üçün bu mükafatların sayının artırılmasına qərar verilib.

Beləliklə, 4 iştirakçı - Emin Piri “Qələmlə yazılanlar”, Günel Bayatlı (Mehdizadə) “Qəbirdə də Qarabağın özüyəm”, Heyran Cavadova “İyirmi”, İlahə Əhmədova “Qırmızıya bürünmüş qara tarix” essesinə görə ikinci yerə layiq görülüblər. 6 müəllif - Elmin Nuri “Ruhköçürmə stansiyası” essesi, Gülnar Natiqqızı “İgidim Ülvi” şeiri, Kənan Novruzov “İllər keçsə də... yaşayacaq...”, Nahidə Xəqaniqızı “Xalqın ürəyində yer alan şair”, Nərgiz Qazi “Vətəni qürbətdə yaşamaq”, Simran Qədim “İşığa toplaşanlar”, Şəhla Aslan “Torpaq - dövlətin təməli kimi” essesi ilə üçüncü mükafata layiq biliniblər.

Qeyd edək ki, 2020-ci ilin yanvarında 20 Yanvar qırğınının 30-cu ildönümü tamam olacaq. Qaliblərin mükafatlandırılması və müsabiqə materiallarından ibarət kitabın təqdimat mərasiminin məhz bu hüznlü ildönümü günlərində keçirilməsi nəzərdə tutulur.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 120

QHT və MEDİA

2020-01-28 09:05:45

QHT və MEDİA
Əli Məsimlinin seçiciləri ilə növbəti də...
Əli Məsimlinin seçiciləri ilə növbəti də...

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri ...

2020-01-27 20:45:22

QHT və MEDİA
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev b...

CƏMİYYƏT

2020-01-28 09:35:07

CƏMİYYƏT
Dünya şöhrətli iki soydaşımızın birgə ki...
Dünya şöhrətli iki soydaşımızın birgə ki...

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi səl...

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...