QHT və MEDİA
A- A A+

Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycanda aparılan islahatlardan danışılıb

2020-01-10 10:20:19

.

Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, birbaşa yayımda Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, iqtisadiyyat, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, iki ölkə arasında son dövrlərdə aparılan danışıqlar prosesindən, Ermənistanın qeyri-konstruktiv mövqeyindən, onun ziddiyyətli bəyanatlarla danışıqlar prosesini pozmasından söz açıb. Azərbaycanın sülh mövqeyi tutduğunu vurğulayaraq onun münaqişənin danışıqlar yolu ilə həllinə çalışdığını bildirib. Qeyd edib ki, problemi öz adı ilə çağırmaq lazımdır. İşğal amili var, 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin salınıb və onlar qaçqın və məcburi köçkün statusunda yaşayırlar. Bu insanların doğma torpaqlarında yaşamaq və öz mülkiyyətindən istifadə etmək hüququ var. Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət diplomatik-siyasi təsirlərini artırmalı və Ermənistandan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmağı tələb etməlidirlər. XXI əsrdə gücdən istifadə edərək dövlətlərin tarixən tanınan sərhədləri dəyişdirilə bilməz.

Hikmət Hacıyev Azərbaycanın xarici siyasətinə də toxunub. O, ölkəmizin Fransa ilə ikitərəfli münasibətlərindən danışaraq Birinci vitse-prezident Mehriban Əliyevanın bu münasibətlərin inkişafında rolunu və ona verdiyi töhfələri xüsusi qeyd edib. Əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu, TANAP və TAP kəmərləri haqqında məlumat verib.

Prezident Administrasiyasının rəsmisi yayım zamanı dinləyicilərin suallarını da cavablandırıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 170

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...