QHT və MEDİA
A- A A+

Politoloq: 2019-cu ildə ölkəmizdə qarşıya qoyulmuş bütün məqsədlərə nail olundu

2020-01-10 09:00:47

.

2019-cu il ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə də xarakterik oldu. İl ərzində ölkəmizdə çox mühüm beynəlxalq tədbirlər keçirildi. Paytaxtımız Qoşulmama Hərəkatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Dünya dini liderlərinin zirvə toplantılarına ev sahibliyi etdi. Regionun diplomatik paytaxtı olan Bakı ənənəsinə sadiq qalaraq NATO-Rusiya hərbi komandanlıqlarının müzakirə məkanına çevrildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri, politoloq Samir Adıgözəlli bildirib. O qeyd edib ki, 2019-cu il Azərbaycanda köklü islahatlarla yadda qaldı. İlin əvvəlindən etibarən bütün ölkəni əhatə edən sistemli islahatlar ölkənin həyatını dəyişdi. Təkcə Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, qısa zaman ərzində bu islahatlar özünü doğrultdu, ölkəmizin dinamik və davamlı inkişafına, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına xidmət etdi. 2019-cu ildə böyük məmnunluqla qarşılanan sosial paket həyata keçirildi, uğurlu kadr islahatları aparıldı və bu islahatlar bu gün də davam edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu islahatlar sistemli və əhatəli xarakter daşıyır.

Politoloq qeyd edib ki, qısa zaman ərzində dövlət orqanlarının optimallaşdırılması, daha çevik idarəetmə aparatının formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Gənclərə böyük meydan verildi. Aparılan struktur və kadr dəyişiklikləri, məhkəmə-hüquq sistemdəki islahatlar Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmaqla ölkəmizdə xalq-iqtidar birliyinin təməlini daha da möhkəmləndirdi. Bu faktlar onu deməyə əsas verir ki, 2019-cu ildə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub.

S.Adıgözəlli bildirib ki, il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən, cəfəng bəyanatlar səslənirdi. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dövlətimizin ardıcıl, düşünülmüş siyasəti münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir.

Politoloq, həmçinin vurğulayıb ki, böyük enerji layihələrinin icrasında ciddi irəliləyişlərə nail olundu. Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan enerji və nəqliyyat layihələrində ölkəmizin aparıcı rol oynaması beynəlxalq münasibətlər sistemindəki yerimizi də möhkəmləndirdi.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 170

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...