İQTİSADİ
A- A A+

Şuranın əməkdaşı sosial sığorta haqqı ödənişi barədə şərh verdi

2020-01-09 19:55:07

01 yanvar 2020-ci il ildən sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişində ölkə üzrə vahid qayda tətbiq edilmişdir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Toğrul Turabov öz facebook səhifəsində açıqlama verib. Toğrul Turabov yazıb: “"Sosial Sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 14.5.1. bəndində sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq ¬əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında hesablanıb, ödənilməsi qeyd edilmişdir.Ticarət və tikinti sahəsi üzrə 125 manat (250 manat x 50 faiz), digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar isə 62,50 manat (250 manat x 25 faiz) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Məsələn: Hər hansı bir QHT-ə layihə çərçivəsində ekspert, hüquqşünas, təlimçi, piar, sorğuçu, psixoloq və s. xidmətlərdən biri üzrə xidmət göstərən fiziki şəxs (VÖEN-i olan) xidmət göstərdiyi aylar üzrə 62.50 manat məcburi sosial siğorta haqqı ödənişi etməlidir”. Sosial şəbəkə istifadəçisinin əgər xidmət göstərilən aylar üzrə gəlir cəmi 50 manat olarsa sualına Şura Katibliyinin məsləhətçisi Toğrul Turabov cavab olaraq yazıb: “Qeyd etdiyiniz vəziyyət reallıqdan kənardır. Çünki bazar iqtisadiyyatı dövründə sahibkarın əsas məqsədi çoxlu qazanc əldə etməkdir. Xidmət göstərən fiziki şəxslər müxtəlif hüquqi və fiziki şəxslərə xidmət göstərə bilər və bu xidmətlərdən əldə edilmiş gəlirin məbləğindən asılı olmayaraq 62.50 manat məcburi sosial siğorta haqqı ödəməlidir”.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 184

QHT və MEDİA

2020-01-28 09:05:45

QHT və MEDİA
Əli Məsimlinin seçiciləri ilə növbəti də...
Əli Məsimlinin seçiciləri ilə növbəti də...

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri ...

2020-01-27 20:45:22

QHT və MEDİA
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev b...

CƏMİYYƏT

2020-01-28 09:35:07

CƏMİYYƏT
Dünya şöhrətli iki soydaşımızın birgə ki...
Dünya şöhrətli iki soydaşımızın birgə ki...

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi səl...

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...