SİYASƏT
A- A A+

“Azərbaycanın ərazi bütövlüyünün pozulmasından narahatam” – II İliya

2015-11-07 09:25:40

Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya Azərbaycanın ərazi bütövlüyünün pozulmasına görə dərin narahatlığını ifadə edib

Fact-info.az-ın  525.az -a istinadən xəbər verir ki, bunu patriarx noyabrın 6-da Gürcüstana səfər edən Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı dilə gətirib.

Azərbaycan prezidentini səmimiyyətlə salamlayan patriarx II İliya ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə şəxsi münasibətlərini yüksək dəyərləndirib. O qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər nümunə xarakteri daşıyır. Hər iki dövlət Qafqazda sülhü və əmin-amanlığı qorumaq üçün səylərini əsirgəmir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı bundan sonra da xalqlarımızın sülh və firavanlıq şəraitində yaşayacaqlarını bildirib. II İliya ölkələrimizin dini sahədə münasibətlərinin də çox yaxşı olduğunu deyib.

Gürcüstanda 300-dən çox məscidin fəaliyyət göstərdiyini qeyd edən Pravoslav Kilsəsinin Patriarxı Azərbaycan prezidenti İlham Əliyevə ölkəmizdə yaşayan gürcülərə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib. O, Azərbaycanda Gürcüstanın yepiskopunun olması və bir sıra digər dini məsələlərlə bağlı fikirlərini çatdırıb. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulmasına görə dərin narahatlığını vurğulayan II İliya ümidvar olduğunu bildirib ki, hər iki ölkənin ərazi bütövlüyü bərpa ediləcək. Gürcüstana Azərbaycandan təbii qazın verilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Patriarx II İliya ölkələrimiz arasında bundan sonra da münasibətlərin yüksək səviyyədə olacağına inamını ifadə edib.

Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı ilə Bakıdakı səmimi görüşlərini xatırladan Prezident İlham Əliyev Azərbaycanda II İliyaya böyük hörmət bəsləndiyini vurğuladı. Dövlətimizin başçısı Gürcüstanın dini liderinin fəaliyyətinin hər zaman regionda sülhün bərqərar olmasına, bütün münaqişələrin həllinə, dünyadakı dinlərarası münasibətlərdə qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə və sülhə əsaslandığını dedi. Prezident İlham Əliyev çoxmillətli və çoxkonfessiyalı Azərbaycan və Gürcüstanın digər ölkələr üçün ümumbəşəri dəyərlərə sadiqlik nümunəsi olduqlarını xüsusi vurğuladı. Marneulidə Azərbaycan icması ilə görüşünə toxunan dövlətimizin başçısı ölkəmizdə yaşayan gürcülərə də yüksək münasibət göstərildiyini bildirdi. Müstəqillik dövründə ölkələrimiz arasında strateji münasibətlərin formalaşdığını deyən Prezident İlham Əliyev bu baxımdan Gürcüstana rəsmi səfəri zamanı dövlət başçılarının imzaladıqları Birgə Bəyannamənin əhəmiyyətini xüsusi qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının hər iki ölkənin dinamik inkişafı üçün zəruriliyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində fəal qarşılıqlı fəaliyyətinin mövcud olduğunu bildirib.
SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev hər iki ölkənin uğurlu gələcəyinin yalnız sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olduğunu dedi. Dövlətimizin başçısı Gürcüstana rəsmi səfərinin iki ölkə arasında əməkdaşlıq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1415

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...