2020-01-09 08:50:13 | QHT VƏ MEDİA
Fransa beyin mərkəzlərinin rəhbərləri Azərbaycanın xarici siyasəti və müasir inkişafı haqqında məlumatlandırılıb

.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransaya səfəri çərçivəsində bu ölkənin qabaqcıl beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb və “Azərbaycanın xarici siyasəti və müasir inkişafı” mövzusunda məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, iqtisadiyyat, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Ötən ay ölkəmizdə bələdiyyə seçkilərinin uğurla baş tutduğunu, fevralın 9-da parlament seçkilərinin keçiriləcəyini bildirən Prezidentin köməkçisi ictimaiyyət arasında seçkilərə böyük marağın olduğunu bildirib və seçki prosesinin azad, ədalətli keçirilməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayıb. O, bir sıra beynəlxalq təşkilatların müşahidə missiyalarının artıq Bakıda işə başladığını diqqətə çatdırıb.

Azərbaycanın çoxistiqamətli xarici siyasət yürütdüyünü bildirən Hikmət Hacıyev ölkəmizin xarici siyasətini formalaşdıran amillər və xarici siyasət prioritetləri barədə ətraflı danışıb. O, Azərbaycanın xarici siyasətdə kənarlaşdırıcı deyil, inklüziv yanaşmanı rəhbər tutduğunu bildirərək, bu gün Azərbaycanın dünya dövlətləri ilə faydalı əməkdaşlıq qurduğunu qeyd edib.

Prezident Administrasiyasının rəsmisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, iki ölkə arasında son dövrlərdə aparılan danışıqlar prosesi barədə də auditoriyanı məlumatandırıb. O, Ermənistanın işğala əsaslanan status-kvonu möhkəmləndirməyə çalışdığını və ziddiyyətli bəyanatlarla danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb.

Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edən Prezidentin köməkçisi hər iki tərəfin bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Mühazirədə, həmçinin Azərbaycanın tərəfdaşları ilə birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri, habelə ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olması, bu il Azərbaycan qazının TANAP və TAP kəmərləri vasitəsilə Avropaya çatdırılacağı, o cümlədən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti barədə danışılıb.

Sonda Hikmət Hacıyev tədbir iştirakçılarının müxtəlif mövzularda çoxsaylı suallarını cavablandırıb

Baxış sayı : 324
İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42 Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür 2020-09-28 06:55:50 "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur" 2020-09-28 06:50:27 Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır 2020-09-27 21:45:51 Ölkə QHT-lərinin müraciəti: Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! 2020-09-27 20:25:03 Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN 2020-09-27 20:05:14 Prezident İlham Əliyev: Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti onun faşist mahiyyətini bütün dünyaya göstərir 2020-09-27 14:05:59 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13 Prezident İlham Əliyevin BMT-dəki çıxışları Gürcüstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb 2020-09-26 06:40:36 Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49