SİYASƏT
A- A A+

XİN: Ermənistan törətdiyi bütün qanunazidd əməllərin cavabsız qalmayacağını dərk etməlidir

2020-01-08 18:00:55

.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanvarın 7-də Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açılan snayper atəşi nəticəsində sərhədçimiz Fərzalı Fərzəliyevin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozmasının, azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə almasının bu ölkənin sözdə beynəlxalq hüquq dəyərlərinə hörmətlə yanaşıb, münaqişəni sülh yolu ilə həll etmək çağırışlarının saxta olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasətini pərdələmək məqsədi güddüyünü növbəti dəfə açıq şəkildə göstərdiyi bildirilir. Vurğulanır ki, bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.

“Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Azərbaycan ərazilərini hərbi işğal edib, bu ərazilərdə etnik təmizləmə həyata keçirən, beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan və mütəmadi əsasda atəşkəsi pozmaqla Azərbaycan hərbi və mülki şəxslərini hədəf alan Ermənistan tərəfi törətdiyi bütün cinayətlərin məsuliyyətini və bu qanunazidd əməllərinin cavabsız qalmayacağını dərk etməlidir”, - deyə açıqlamada bildirilir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 175

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...