MƏDƏNİ
A- A A+

“Qarabağnamə” 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə nümayiş ediləcək

2020-01-08 08:50:17

.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Yanvarın 19-da nümayiş ediləcək tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edəcək.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 149

QHT və MEDİA

2020-01-28 09:05:45

QHT və MEDİA
Əli Məsimlinin seçiciləri ilə növbəti də...
Əli Məsimlinin seçiciləri ilə növbəti də...

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri ...

2020-01-27 20:45:22

QHT və MEDİA
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev b...

CƏMİYYƏT

2020-01-28 09:35:07

CƏMİYYƏT
Dünya şöhrətli iki soydaşımızın birgə ki...
Dünya şöhrətli iki soydaşımızın birgə ki...

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi səl...

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...