İQTİSADİ
A- A A+

Müharibə əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib

2015-11-07 09:20:41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4-ü Zərdab rayonunda, 11-i isə Goranboy rayonunda olmaqla daha 15 yeni fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

Fərdi yaşayış evlərinin təqdim olunması tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Elçin İsmayılov, əlil ictimai birliklərinin, həmin rayonların yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının Prezident cənab İlham Əliyevin sosial siyasətində mühüm yer tutduğu vurğulanıb. Qeyd olunub ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı bu istiqamətdə ciddi irəliləyişlərə şərait yaradıb. Sərəncama uyğun olaraq, son bir ayda respublikamızın bölgələrində inşası başa çatmış 56 ev, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil istifadəyə verilməklə, ümumilikdə 112  müharibə əlili və şəhid ailəsi yeni mənzillərlə təmin ediliblər. Bu mənzillərdə hər bir ailənin normal yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb. Ölkənin bölgələrində fərdi evlərin inşası və hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilməklə, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında bu təbəqələrdən olan insanlar üçün çoxmənzilli yaşayış binaları da tikilir. 
Çıxış edənlər sosial cəhətdən həssas qruplara aid şəxslərin yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə aparılan fəal və məqsədyönlü dövlət siyasətindən bəhs edərək, əlil və şəhid ailələrinin bu gün ölkə rəhbərinin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Müharibə əlilləri və şəhid ailələri  təqdim olunan bu yeni fərdi yaşayış evlərinin onların həyatına rahatlıq gətirdiyini qeyd edərək, bu böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 596

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...