MƏDƏNİ
A- A A+

Ötən il muzey işi və mədəni sərvətlərə nəzarət sahəsində mühüm işlər görülüb

2020-01-07 08:50:49

.

Ötən il Mədəniyyət Nazirliyi tərəfindən muzey işi və mədəni sərvətlərə nəzarət sahəsində mühüm işlər görülüb.

Hesabat dövründə nazirliyin nəzdində fəaliyyət göstərən muzeylərin 2019-cu il üçün statistik hesabatları toplanılıb və muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsində qeydiyyata alınıb.

Mədəniyyət Nazirliyinin 2019-cu il üçün tərtib olunmuş İş Planının icrasını təmin etmək məqsədilə Qəbələ Tarix-Diyarşünaslıq, Cəfər Cabbarlının Xızıdakı Ev, M.Ə.Sabirin Şamaxıdakı Ev, Tovuz rayonunda fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət və Tarix-Diyarşünaslıq muzeylərinin bədii tərtibat işlərinin aparılması və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Multimedia və İnformasiya Muzey Mərkəzinin yaradılması ilə bağlı layihələr hazırlanıb və rəhbərliklə razılaşdırılıb. Hazırda layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq işlər aparılır.

Ötən il martın 15-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, eləcə də Türkiyənin ölkəmizdəki səfirliyinin iştirakı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş 12 ədəd türk musiqi alətlərinin təqdimat mərasimi keçirilib.

Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyinin təmirdən sonra açılış mərasimi olub. Həmçinin “18 may Beynəlxalq Muzeylər Günü” ərəfəsində mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin birinci korpusunun əsaslı təmir və yenidənqurmadan sonra ictimaiyyət üçün açılışı və nazirlik tərəfindən respublika muzeylərinə həsr olunmuş “museums.az” internet bələdçisinin təqdimat mərasimi təşkil olunub.

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi təşkil olunub.

Oktyabrın 30-da Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Asiya Milli Muzeylər Assosiasiyasının (ANMA) 7-ci konfransı keçirilib və ölkəmiz burada təmsil olunub. Konfrans çərçivəsində səsvermə keçirilib və Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv qəbul edilib.

Azərbaycan Milli İncəsənət Muzeyində noyabrın 6-da Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılıb. Sərgi Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilməsinə həsr olunub.

Noyabrın 18-də görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin ev-muzeyinin renovasiyasından sonra açılış mərasimi keçirilib. Noyabrın 22-də Bakı Kitab Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimi keçirilib.

Noyabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan muzeylərində audio-bələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimat mərasimi olub.

Xızı rayonunda fəaliyyət göstərən Cəfər Cabbarlının ev-muzeyinin binasında rekonstruksiya, əsaslı təmir işləri aparılıb, inzibati və fond otaqları üçün yeni bina tikilib. Hazırda bədii tərtibat işləri həyata keçirilir.

Tovuz rayonunda fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi üçün nazirlik tərəfindən müasir memarlıq üslubunda 3 mərtəbəli yeni bina inşa edilib və “Adzone” şirkəti tərəfindən müasir muzey işinin tələblərinə uyğun bədii, digital, elektron avadanlığı və proqramlarla təchiz edilmiş interaktiv ekspozisiya təşkil olunub.

Mədəniyyət Nazirliyi “Setline” şirkəti ilə birlikdə Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalı hazırlanıb və mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində Bakı şəhər Heydər Əliyev Mərkəzində portalın təntənəli təqdimatı keçirilərək ictimaiyyətə açıq elan edilib. Hazırda portalın davamlılığı təmin olunur və Heydər Əliyev mərkəzləri tərəfindən mütəmadi olaraq müvafiq məlumatlarla zənginləşdirilir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 177

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...