QHT və MEDİA
A- A A+

“MƏNİM BAYRAĞIM” müsabiqəsinin qalibləri

2015-11-06 22:35:23

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım”mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Fact-info.az-a  verilən məlumata görə, Gəncliyə Yardım Fondu fondununu Hacı Zeynalabidin Tağıyev adına konfrans zalında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Vitse prezidenti Salman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Azərbaycan Respublikası “Beynəlmiləlçi  Döyüşçülər” Fondunun Prezidenti Sərraf Oruc, şagirdlər və valideyinlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni oxumaqla acıq elan olunub. Konfransı giriş sözü ilə açan Raqif Abbasov tədbirin əhəmiyyətindən söz açaraq bildirdi ki,   Azərbaycan Dövlət Bayrağı gününun geniş qeyd edilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7-ci bəndinin icrası, orta ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə nail olmaq, yeniyetmə və gənclər arasında Dövlət atributlarının təbliği, istedadlı şagirdlərin şeir və inşa-yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir. Tədbirlər proqramına uyğun olaraq orta məktəblərdə 2 mərhələdə keçirilmiş müsabiqəyyəyə və məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişdiyinin bariz nümunəsidir. Dövlət Bayrağı ən böyük mənəvi dəyər, “Müstəqilliyimizin, Azərbaycançılığın rəmzidir". deyə bildirib.  
 Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev də öz çıxışında; Bir milləti millət edən dəyərlərin başında milli və mənəvi dəyərlər gəlir. Hər millətin müqəddəs saydığı və uğrunda mübarizə apardığı dəğərlər vardır. Bunlar: Dil, din, tarix, torpaq və bayraqdır. Bunların her biri digərindən qiymətli  dəyərlərimizdir. Millətlər bu dəyərlər yaşadıqca var olarlar. Bayraq da bu dəyərlərin başında gəlir. Bayraq bir millətin müstəqilliyinin rəmzidir. Bayraq hər bir millətin mənəvi varlığını təmsil edər. Bunun üçün bayraq müqəddəsdir ki, bayragı canımızdan daha dəyərli sayırıq.
 Daha sonra çıxış edən, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, gəncliyinin milli-mənəvi ruhda tərbiyə olunmasında Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi əvəz olunmaz işlərlə gənclərə doğru yol göstərdiyini diqqətə çatdırıb.
 Daha sonra çıxış edən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Döyüşçülər” Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov Azərbaycan Respublikasının Dövlət atributları haqqında xoş və qürururlu sözlərlə söyləyərək qeyd etdi ki, Bayrağımız əsas dövlət atirburdlarından biridir, buna görədə bizim hər birimiz Azərbaycan bayağına sayğı və hörmətlə yanaşaraq onu yad elli işğalçılardan göz bəbəyimiz kimi qoruyaraq onun keşiyində durmalıyıq.
 Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda biz-keçmiş Əfqanstan və Qarabağ müharibəsinin döyüşçüləri,  Qarabağda işğal olunmuş torpaqlarımızın erməni işğalçılarından təmizləyərək bu ağır yükü Qarabağ problemini siz gələcək nəsilə saxlamayacağıq.  Sərraf Orucov Şəhidlərimizin qanları bahasına əldə etdiyimiz müstəqil doğma Azərbacanımızın üç rəngli Bayrağımızı tezliklə işğal altında olan Dağlıq Qarabağ torpaqlarını yad elli erməni işğalçılarından azad edib, ŞUŞA, LAÇIN, KƏLBƏCƏR, XANKƏND, XOCALI, QUBADLI, ZƏNGİLAN, CƏBRAİL, FÜZULİ VƏ AĞDAM diyarlarında ucaldaraq xalqımız qələbə əhval ilə bir birini təbrik edəcəyini bildirdi.   Sərraf Orucov çıxışının sonunda yeniyetmə və gənclərə Azərbaycan Dövlət atributlarınına hörmət və məhəbbət göstərilməsini xahiş edərək tövsiyyə etddi.
Daha sonra mükafatlandırma mərasimi keçirilib.  İlk öncə “Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabi­qəl­ə­rində fərqlənmiş 8 şagird, sonra isə qaliblər müakafatlandırılıblar.
Fact-info.az

 

 

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 812

QHT və MEDİA

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...