MÜSAHİBƏ
A- A A+

Fuad Muradov: Gələn il dünyanın 8 bölgəsində Azərbaycan evi yaradılacaq

2020-01-06 10:00:02

.

Qloballaşan dünyada Azərbaycan dilinin, milli kimliyin və mədəniyyətin qorunması məsələsi Azərbaycan diasporu üçün vacibdir. Xaricdəki həmyerlilərimiz üçün "Azərbaycan dili" dərsliyi Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb. Daha bir neçə ölkədə "Qarabağ" məktəblərinin açılması nəzərdə tutulub.

Fact-info.az-ın məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Respublika" qəzetinə müsahibəsində 2020-ci ildə rəhbərlik etdiyi qurumun məqsədləri haqqında danışarkən deyib.

Sədr qeyd edib ki, komitə müxtəlif ölkə və şəhərlərdə Azərbaycan evlərinin yaradılması prosesini davam etdirməyi və gələn il daha səkkiz məkanda belə mərkəzlərin təsis olunmasını planlaşdırır:

"Vahid loqo ilə fəaliyyət göstərən Azərbaycan evləri xaricdəki hər bir soydaşımız üçün açıq məkan olacaq. Onlar bir araya gəlib müxtəlif səpkili tədbirlər keçirmək və söhbət etmək fürsəti əldə edəcək. ABŞ və Rusiya üçün çoxlu sayda mədəni layihə planlaşdırılır.

Layihələrin reallaşdırılmasına fevral ayında başlanacaq. Növbəti il həmvətənlərimizin səbirsizliklə gözlədiyi "Soydaşlar haqqında Qanun" layihəsinin yeni parlamentdə qəbul olunacağına ümid edirik. Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara "sosial yardımın göstərilməsi qaydası"nın formalaşdırılması üzərində işlər aparılır".

F.Muradovun sözlərinə görə, komitə xaricdə yaşayan soydaşlarımızın ünsiyyəti üçün yeni unikal bir platforma üzərində işləyir:

"Yaxın vaxtda işlər yekunlaşacaq və böyük ehtimalla, fevraladək həmvətənlərimizin istifadəsinə verəcəyik. Böyük layihələrimizdən biri Azərbaycan-Türkiyə Mədəniyyət Fondunun yaradılmasıdır. Bununla bağlı bütün texniki məsələlər həll olunub və gələn il açılışını etməyi planlaşdırırıq. Bu, bizim ən böyük fondlarımızdan biri olacaq.

Türkdilli ölkələrin diaspor gənclərinin yay düşərgəsinin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur və yaxın gələcəkdə bununla bağlı konkret qərarların veriləcəyi gözlənilir. Azərbaycanlı alimlərin şəbəkələşməsi ilə bağlı layihələrimiz var və hazırda bunun da üzərində işləyirik.

Qısası, çox sayda planlarımız var və bütün işlərimiz Dövlət Komitəsi olaraq Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, lobbi quruculuğunda aktiv iştirak, Azərbaycanın tarixi və mədəni irsinin təbliği istiqamətində bir-birindən maraqlı və səmərəli layihələrin həyata keçirilməsinə yönəlib.

Hədəfimiz yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımızın müstəqil və güclü Azərbaycan dövlətini öz yanında görməsini təmin etməkdir".


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 201

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...