CƏMİYYƏT
A- A A+

Seçki, islahat, hədəf

2020-01-04 11:25:54

Bizə necə deputat lazımdır?

Seçki hər bir ölkənin həyatında mühüm hadisə olmaqla bərabər idarəetmə sisteminin təkmilləşməsi üçün önəmli mərhələdir. Azərbaycanda gerçəkləşən islahatlar prosesinin tərkib hissəsi olan Milli Məclisə seçkilər insanların düşüncəsində pozitiv əhval ruhiyyə yaradıb. Şübhəsiz ki, bu gün bizi vətəndaş olaraq düşündürən odur ki, yeni Milli Məclisdə kimlər təmsil olunacaq. Azərbaycanın 1990-cı ildən sonrakı parlament tarixinə nəzər salanda çox rəngarəng proseslərin, bəzi hallarda acı təcrübənin şahidi oluruq.

Əlqərəz çağdaş dövrün çağrışlarına uyğun yeni Millət Məclisinin formalaşması çox zəruridir. Bəzi insanlar düşünür parlamentdə ancaq hüquqşünaslar, iqtisadçılar olmalıdır. Cəmiyyətin müəyyən təbəqəsi fikirləşir artistin, şairin, incəsənət adamının parlamentdə nə işi var? Bu, kökündən yanlış yanaşmadır. Hansı peşənin sahibi olmasından asılı olmayaraq, qanunverici orqanda intellektli, imanlı və dürüst insanın olması çox zərururidir.

Əgər Milli Məclisin üzvü deputat mandatından qalxan kimi istifadə edib öz şəxsi problemlərini həll etməyi, öz biznesini mühafizə etməyi düşünürsə, bu çox qorxulu tendensiyaların davamı və seçicinin maraqlarının tapdanması deməkdir. Təəssüf ki, ötən dövr ərzində belə hallar baş vermişdi.

Digər tərəfdən Milli Məclisin üzvü seçicinin deyil, bəzi məmurların maraqlarını ifadə edərək parlamentdə lobbiçilik edib, həmin maraqlı qrupların maraqlarına uyğun qanunların qəbuluna cəhd göstərərsə, bu da yolverilməz haldır. Milli mənafeyi və seçici maraqlarını kənara atıb, müəyyən gözəgörünməz şəxsər üçün lobbiçilik etmək nəticədə ağır fəsadlara səbəb olur.

Onu da qeyd etmək istərdim ki, Azərbaycanda bu vaxta qədər qəbul edilən qanunlar demək olar ki, Avropa standartlarına uyğunlaşdırılıb. Hətta bəzi qanunlarımız beynəlxalq təşkilatların ekspertləri tərəfindən müsbət rəy alıb. Müqayisə aparsaq görərik ki, Milli Məclisin qəbul etdiyi qanunlar dünyanın ən inkişaf etmiş ölkələrinin qanunlarından geri qalmır. İlk baxışda hər şey normal görünür. Bəs, onda bizim hüquq sistemimizdə problemlər nədən qaynaqlanır?

Bəlkə mən doğru fikirləşmirəm, lakin qənaətim belədir ki, bizim hüquq sistemimizdə ən ciddi problemlərdən biri qəbul edilən qanunların bir çox hallarda icra mexanizminin tapılmamasıdır. Qanunların icra mexanizmi çox ciddi məqamları özündə ehtiva edir. Bəzən qanun layihəsi hazırlanarkən Azərbaycan xalqının mental xüsusiyyətlərinin nəzərə alınmaması, bəzi səlahiyyətli şəxslərin, məmurların qanunlara bilərəkdən və yaxud bilməyərəkdən əməl etməməsi, qanuna əməl etməyən şəxslər üçün cəza mexanizminin sərt şəkildə göstərilməməsi, hüquqi təfəkkürün formalaşmaması və s. məqamlar qanunların icrasında problem yaradır.

Ümumiyyətlə, qanun layihəsi hazırlanarkən hər bir xalqın mental xüsusiyyətləri, milli dəyərləri, cəmiyyətdə və təhsil sistemində baş verən dəyişiklər və digər məqamlar geniş təhlil olunaraq nəzərə alınmalıdır. Yəni ingilisin, rusun qanun layihələrini qısa korrektə ilə Azərbaycan dilinə tərcümə olunması qanun yaradıcılığı kimi qəbul oluna bilməz. Onu unutmaq olmaz ki, qanunların icra mexanizminin tapılmaması hüquq sistemini zədələyir. Bütün bu problemləri çozmək isə yeni formalaşacaq Milli Məclis üzvlərinin üzərinə düşür.

Digər tərəfdən deputatlığa namizəd olmaq hər kəsin konstitusion hüququdur. Həmin namizədi millət vəkili seçmək isə seçicinin hüququdur. Burada bir vacib məqam ondan ibarətdir ki, parlament seçkilərində namizəd olmaq, iştirak etmək üçün bir mənəvi haqq lazımdır.

Mənim yaşadığım ərazidə 15 ildir deputat mandatı gəzdirən, yalnız özü və yaxınları üçün çalışan şəxsin yenidən namizəd olması bu gün məni məyus edir. Cənablar, millət vəkili olmaq üçün intellekt, iman, dürüstlük və birdə mənəvi haqq lazımdır. Mənəvi haqqın qorunması seçici ilə namizəd arasında kövrəkdə olsa etimad körpüsüdür.

Yekunda medianın seçki prosesinə münasibəti ilə bağlı fikirlərimi bölüşmək istərdim. Media bəzən çətin etik dillemalar qarşısında qalır. Seçki prosesində jurnalistin hər hansı namizədə simpatiyası onu obyektiv və qərəzsiz olmağa imkan vermir. Hər bir kəsin, o cümlədən jurnalistin də siyasi partiyaya, seçkiyə qatılan namizədə rəğbət bəsləməsi normal haldır. Lakin bu simpatiya jurnalistikanın prinsiplərinə, mahiyyətinə zidd olmamalıdır.

Əkrəm Bəydəmirli


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 900

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...