MƏDƏNİ
A- A A+

“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”

2015-11-06 09:45:46

Yeni nəşrlər

Böyük şair və dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin tədqiq və tərtib edərək rəy verdiyi materiallar əsasında hazırlanmış “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliliyinin son üç cildi nəfis tərtibatla nəşr olunub.
Bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının tərtib etdiyi “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” nəşr olunub. 
“Balaman məktəbi” Azərbaycan musiqişünası Saleh Əbdüləlimovun musiqi məktəbləri üçün tərtib etdiyi dərslikdir. Dərslik 1937-ci ildə hazırlansa da, o dövrdə ermənilərin bədxahlığı nəticəsində çap olunmayıb və əsərin orijinal nüsxəsi Ərtoğrol Cavidin şəxsi arxivində uzun illər mühafizə edilib. Parlaq istedada və yüksək intellektə malik olan Ərtoğrol Cavid “Balaman məktəbi”nə rus dilində yazılmış ön sözü dilimizə tərcümə edib, dərsliyin tərtibi ilə əlaqəli materialların toplanıb-hazırlanmasında yaxından iştirak edib. 
“Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” adlı cilddə xalq muğamlarının toplanması və nota salınması sahəsində böyük zəhməti olmuş Ə.Cavidin xanəndə Cabbar Bağdadbəyovun ifasında dinlədiyi “Bayatı kürd təsnifi”, “Segahın mübərriqəsi”, “Zəminxara təsnifi”, “Orta segah rəngi”, “Mirzə Hüseyn segahı” kimi muğamların nota salınmış versiyası əks olunub. “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” cildində AMEA Hüseyn Cavidin Ev Muzeyində mühafizə edilən, Ərtoğrol Cavidə məxsus bir sıra yarımçıq musiqi əsərləri toplanıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 986

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...