SİYASƏT
A- A A+

2019-cu il Azərbaycanda inqilabi əhəmiyyət daşıyan köklü islahatlarla yadda qaldı

2020-01-02 12:00:41

.

2019-cu il Azərbaycanda inqilabi əhəmiyyət daşıyan köklü islahatlarla yadda qaldı. İlin əvvəlindən etibarən bütün ölkəni əhatə edən sistemli islahatlar ölkənin həyatını dəyişdi.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, hakimiyyətin bütün qolları bu müsbət tendensiyanın təsiri altına düşüb: "Qısa zaman ərzində dövlət orqanlarının optimallaşdırılması, daha çevik idarəetmə aparatının formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Gənclərə böyük meydan verildi. Aparılan struktur və kadr dəyişiklikləri, məhkəmə-hüquq sahəsindəki islahatlar, habelə 4,2 milyon vətəndaşımızı əhatə edən sosial paketlər Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmaqla ölkəmizdə xalq-iqtidar birliyinin təməllərini daha da möhkəmlətdi. Bütün bu faktlar onu deməyə əsas verir ki, 2019-cu ildə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub".

Politoloq vurğulayıb ki, 2019-cu il ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə də xarakterik oldu: "İl ərzində ölkəmizdə çox mühüm beynəlxalq tədbirlər keçirildi. Paytaxtımız Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, habelə dünya dini liderlərinin zirvə toplantılarına ev sahibliyi etdi. Regionun diplomatik paytaxtına çevrilən Bakı ənənəsinə sadiq qalaraq NATO-Rusiya hərbi komandanlıqlarının müzakirə məkanına çevrildi.

Əvvəlki illərdə əsası qoyulan böyük enerji layihələrinin icrasında ciddi irəliləyişlərə nail olundu. Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinin son mərhələləri icra olunmaqdadır. Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan enerji və nəqliyyat layihələrində ölkəmizin aparıcı rol oynaması beynəlxalq münasibətlər sistemindəki yerimizi də möhkəmləndirdi. Fəxrlə deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində söz sahibinə çevrilib".

C.Əhmədli qeyd edib ki, Azərbaycan sabitlik, təhlükəsizlik və inkişaf məkanı olaraq qalır: "Doing Business 2020" hesabatında Azərbaycan dünyanın ən islahatçı 20 ölkəsindən biri oldu. Amerikanın "U. S. News & World Report" jurnalının 2019-cu il üzrə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 45-ci pillədə qərarlaşdı. Halbuki, Avropanın bir sıra inkişaf etmiş ölkələri həmin siyahının daha aşağı pillələrində yer almışdı. Bütün bunlar onu göstərir ki, il ərzində ölkəmizin əldə etdiyi uğurlar beynəlxalq institutların da diqqətindən yayınmayıb.

Müsbət fikirlər söyləyə bilmədiyimiz yeganə sahə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı oldu. Təəssüf ki, Ermənistan dövlətinin apardığı destruktiv mövqe münaqişənin sülh yolu ilə həllini mümkünsüz etdi. Lakin bunun ən böyük fəsadını Ermənistan dövləti görəcək. Çünki hər keçən gün düşmən ölkənin geosiyasi və geoiqtisadi blokadası daha da dərinləşir. Sərhədlərinin 80 faizinin bağlı olduğu bir ölkə heç vaxt inkişaf yoluna qədəm qoya bilməz. Zaman Paşinyanın əleyhinə işləyir. Onun verdiyi vədləri tezliklə yerinə yetirməsi üçün yeganə yol Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv addımlarla dəstək verməkdən keçir. Ermənistanın hazırkı rəhbərliyi bu reallığı nə qədər tez dərk etsə, onlar üçün bir o qədər yaxşı olacaq".


Kateqoriya : SİYASƏT Baxış sayı : 217

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...