MÜSAHİBƏ
A- A A+

Azərbaycanda aparılan islahatlar xaricdə yaşayan soydaşlarımıza da stimul verir

2019-12-31 13:35:09

.

Dünya Azərbaycanlılarının Həmrəylik Günündə bir araya gəlməyimiz həqiqətən də həmrəyliyimizin göstəricisidir. Müxtəlif şəhərlərdə yaşasaq da, bu əlamətdar gündə bir yerə toplaşmağa qərar verdik. İcmamızın Nantdakı üzvləri də bu gün bizimlə idilər.

Bu fikirləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Parisdə təşkil olunmuş tədbirdə Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının sədri və “Qarabağ” Azərbaycan məktəbinin layihə rəhbəri Toğrul Zeynalov AZƏRTAC-a müsahibəsində söyləyib.

2019-cu il Azərbaycan diasporu üçün çox uğurlu olduğunu bildirən T.Zeynalov deyib: “Bu il diasporumuz yenidən təşkilatlandı, təməlimiz daha da möhkəmləndirildi və koordinasiya şuraları yaradıldı. Həmçinin Azərbaycan məktəbləri açıldı, uğurlu layihələr reallaşdırıldı.

Ancaq ən böyük uğurumuz Fransanın bir sıra yerli hakimiyyət orqanları ilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin separatçı nümayəndələri ilə əməkdaşlıq haqqında qeyri-qanuni xartiyaların bu ölkənin məhkəmələri tərəfindən ləğv edilməsinə nail olmağımızdır”.

Ölkəmizdə aparılan islahatlara toxunan T.Zeynalov onların xaricdə yaşayan soydaşlarımıza da stimul verdiyini bildirib. O deyib: “Biz bu islahatlardan ruhlanaraq fəaliyyətimizi daha yaxşı qurmağa çalışır və yeni layihələr hazırlayırıq. 2020-ci ildə diasporumuzun birgə fəaliyyəti sayəsində daha çox uğurlara imza atacağıq”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 155

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...