QHT və MEDİA
A- A A+

Ermənilərin Gürcüstana qarşı qarayaxma kampaniyası

2019-12-29 14:50:33

.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirir ki, Bakının Gürcüstan ərazisindən Ermənistana daxil olan qaz kəmərinə nəzarət barədə verdiyi məlumatlar həqiqətə uyğun deyildir. O, Azərbaycanın Gürcüstan sərhədindəki fəaliyyətinin Ermənistanı narahat etmədiyini, yeni dayaq məntəqəsinin olmadığını və Ermənistanın tərəfinin əməllərinə cavab olaraq köhnə məntəqəsini möhkəmləndirdiyini bildirir. “Düşmən müəyyən sahədə Gürcüstanın sərhədini keçmişdir, lakin bu isə Gürcüstanın hökumətinin problemidir” – deyə Davtyan mətbuat konfransında qeyd edir. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə birlikdə Naxçıvan istiqamətində güclənmək üçün çox işlər görür, lakin buna isə cavab olaraq Ermənistan guya çox səmərəli müqavimət göstərir.

A. Davtyan, əslində erməni quldurlarının dəfələrlə Gürcüstanın tarixi sərhədlərini pozaraq ərazilərini işğal etdiyi halda Azərbaycanı təcavüzkar bir ölkə kimi qələmə verməyə çalışır. Xatırlatmaq istəyirik ki, hələ 1918 – ci ildə erməni daşnak ordularının Gürcüstanın sərhədini keçərək Borçalının cənub hissəsi olan Loru bölgəsini tutmaq məqsədilə “Dro” ləqəbli Drastamat Kanayanın başçılığı ilə əməliyyata başlamışlar. 1918-ci il dekabrın 6-da isə erməni quldurları Axalkələk qəzasının sərhədlərini pozaraq rusların yaşadığı Troeskoe, Ekremovka, Qorelovka və Boqdanovka kəndlərini zəbt etmişlər. 1919-cu il yanvarın 9-dan – 17-dək davam edən sülh konfrasında Loru rayonunun Gürcüstan və Ermənistan arasında neytral ərazi elan olunmasına baxmayaraq 1921-ci ildə Lorunun Ermənistana verilməsi haqqında qərar qəbul olundu. Beləliklə də 3810 kvadrat kilometrlik bir ərazi Ermənistana verilmiş oldu ki, bu da faktiki olaraq Lorunun işğalı demək idi. Qeyd etmək lazımdır ki, Bakı – Tbilisi - Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulmuşdur. Boru kəməri biri Azərbaycanda, üçü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir. Bu layihə isə öz-özlüyündə ölkələrarası dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın göstəricisidir.

Artak Davtyanı və bütün erməniləri sarsıdan digər bir hadisə isə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin “Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimlərinin həyata keçirilməsidir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilmişdir. Bu isə Azərbaycanın Ermənistana nisbətən torpaqlarımızı hər an işğaldan azad etməyə qadir olan daha güclü orduya sahib olduğunu bir daha isbat edir.

Azərbaycanla Gürcüstan arasında hər zaman dostluq münasibətləri mövcud olmuşdur. Ermənistanın müxtəlif qarayaxma kampaniyaları vasitəsilə Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətlərini pozmaq cəhdi isə uğursuzdur.

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 285

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...