SOSİAL
A- A A+

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi

2019-12-29 11:25:46

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2020-ci il” münasibətilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur

Növbəti belə bayram tədbiri Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsində yerləşən “Gənclər Parkı”nda keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, rayon sakinləri iştirak etdilər. Xüsusi tərtibatla bəzədilmiş “Gənclər Parkı”nda bayram əhval-ruhiyyəsi hökm sürürdü.

İştirakçıları salamlayan RİH-nin başçısı Vasif İmanov qeyd etdi ki, 2019-cu il Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm uğurlarla yadda qalacaq. Bu dövrdə iqtisadiyyat yüksək templə inkişaf edib. Görülən tədbirlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafına verilən dəstək, onun ¬xüsusi çəkisinin artması son nəticədə ölkənin iqtisadi və hərbi ¬gücünü dəfələrlə artırıb.

Diqqətə çatdırıldı ki, əvvəllər olduğu kimi, bu il də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması və yeni sosial obyektlərin tikintisinə dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət verilib.

Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi. Natiq arxada qalan 2019-cu ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik etdi.

Milli Məclisin V çağırış deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində həmvətənlərimiz tərəfindən qeyd olunur.

Pirallahı sakinlərinin böyük maraqla izlədiyi bayram tədbiri əməkdar artistlər Elnur Süleymanov, Almaz Orucova, Günel Şeyxova, Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblinin ifasında konsert proqramı ilə davam etdi. Sonra şaxta baba, qar qız və nağıl qəhrəmanları uşaqları bayram sovqatları ilə sevindirdilər.

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 241

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...