SOSİAL
A- A A+

AMEA Mərkəzi Elmi Kitabxanasının yekun hesabatı

2019-12-27 15:30:33

Yola salmaq ərəfəsində olduğumuz 2019-cu il AMEA Mərkəzi Elmi Kitabxanasının kollektivi üçün uğurlu məqamlarla, yaddaqalan hadisələrlə zəngindir

Bu il kitabxanasının yaradılmasının 95–ci ildönümü və müasir dizaynda inşa olunmuş, arxitektura nümunəsi hesab edilən yeni binasının istifadəyə verilməsinin 5 illiyi tamam olub. 5 illik fəaliyyəti ilə bağlı kollektiv komanda halında akademiya, oxucular və cəmiyyət qarşısında hesabat verib. Direktor Leyla İmanova ölkəmizdə kitabxana-informasiya sisteminin dünya informasiya məkanına qoşulması və tanınması üçün elektron kataloqlaşdırmanın MARC 21 formatı əsasında qurulmasını və hazırlanan idarəetmə proqramlarının digər standartlara da cavab verdiyini diqqətə çatdırıb. Oxucuları informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kitabxanada həyata keçirilən özəl layihələrə toxunub. Müasir dövrün tələblərinə cavab verən, qlobal dünya kitabxanaları sisteminə inteqrasiya imkanına malik, kompüter texnikası əsasında qurulan informasiya texnologiyalarının mənimsənilməsi istiqamətində görülən işləri elmi ictimaiyyətə təqdim edib. MEK-in fəaliyyətindən bəhs edən film də çəkilib. Beş illik fəaliyyət filmdə faktoloji materiallar əsasında verilib. Görülən işlərin real görüntüləri, fondların fəaliyyətinə dair statistik hesabatlar, strateji hədəflər, əldə edilən nəticələr və bir çox yeniliklər kadrlarda öz əksini tapıb.

Mərkəzi Elmi Kitabxana bu gün informasiyalı cəmiyyətdə öz xüsusi rolu ilə seçilən, dünyanın ən modern kitabxanaları ilə sıx beynəlxalq əməkdaşlıq müstəvisində böyük nailiyytlərə imza ataraq rəqəmsal dünyanın zənginləşməsində öz səylərini əsirgməyən elə bir qrumdur ki, onun fəaliyyəti ölkəmizin bütün kitabxanaları üçün örnək hesab edilir.

Kitabxananın unikal əhəmiyyəti ilə diqqət çəkən ən özəl fəaliyyəti, böyük işi olan “Milli Rəqəmsal Yaddaş” layihəsi Azərbaycanın beynəlxalq səviyyədə təbliği məqsədinə xidmət edir. Ölkəmiz haqqında olan ən dəyərli məlumatlar, tariximizə, mədəniyyətimizə aid bütün qiymətli sənədlər bir bazada toplanaraq, müxtəlif dillərdə rəqəmsallaşdırılaraq virtual aləmə təqqdim olunur. Bu gün Azərbaycanımız haqqında müfəssəl bilgi almaq üçün bu layihənin əhəmiyyəti həddindən artıq çoxdur.

2019-cu ildə də kollektiv qarşıya qoyulan məqsədlərə doğru peşəkarlıq nümayiş etdirərək öz vəzifələrini layiqincə yerinə yetiriblər. Beləki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları əsasında “Nəsimi – 650”, “Həmid Araslı – 110”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin Tədbirlər planında müasir elektron dərsliklər” layihələri, eləcə də AMEA prezidenti sərəncamları və Rəyasət Heyətinin qərarları tam icra olunub. 2019-cu ilin “ilklər”i sırasında Milli Rəqəmsal Yaddaş bazasına aid “Siyahilar” kateqoriyasına mühüm məlumatlar əlavə olunub. Azərbaycan və rus dillərində “Əqli mülkiyyət – rəsmi qeydə alınmış ixtiralar və faydalı model patentləri” siyahıları, “Məzarı tapılmayan azadlıq və repressiya qurbanları” (576 adda), “Cümhuriyyət dövründə xaricdə təhsil almış Azərbaycanlı tələbələr” (100 adda), “Xaricdə təhsil almış tələbələr”, “Abidələr” (Şəki, Tovuz, Gədəbəy, Bakı, Şamaxı, Qazax, Xızı bölgələrində 21 adda məzar, monastır, kilsə, məbəd, qala, körpü, pir və s.), “Məzarları tapılmış Cümhuriyyət qurbanları” (60 adda) yeni sənədlərlə zənginləşdirilib.

“İlklər” sırasında MEK bazasında Qafqaz Tarixi Mərkəzi, UNESKO kafedrası, “Günəşin axtarışında” İşçi qrupu, vətəndaş təşəbbüsü qrupu və “Umay” Beynəlxalq Araşdırmalar mərkəzi ilə birlikdə indiyə qədər qeydiyyata alınmayan, Azərbaycanın bölgələrində işğal altında olmuş ərazilərdə dağıdılmış mədəniyyət abidələri və unikal biritual məzarlıqların siyahıları, xüsusi yer tutur.

“İlklər” sırasında Vikipediya fəaliyyətinin hərəkat formatına keçməsi, erməni dilində təlimlər keçirilməsi və MEK fondlarında bu dildə olan 900 sənədin araşdırılması və e - kataloqa daxil edilməsi, eləcə də “Library” proqramına “Fondların formalaşdırılması” modulu hazırlanması və “Elektron dərsliklər” bazasının yaradılması yer alıb.

İl ərzində MEK tərəfindən təhsil sistemi qabaqcıl ölkələrin riyaziyyat, informasiya texnologiyaları, fizika, coğrafiya, kimya, biologiya fənləri üzrə elektron dərsliklər bazası yaradılıb (1429 sənəd). Milli Rəqəmsal Yaddaş bazasının “Siyahılar” kateqoriyasına milli yaddaşa daxil olunması zəruri olan yeni məlumatlar, Azərbaycanın ictimai, elm və mədəniyyət xadimlərinin əsərlərinin elektron kolleksiyasiyaları: Heydər Əliyev, AXC, Nəsimi, Ramiz Mehdiyev, İsa Həbibbəyli, Kitab abidələri və s. Elektron resurslar sırasında cəlb edilmiş elektron resurslar, tamtəminatlı beynəlxalq elektron elmi resurslar, elektron kataloq, rəqəmsal baza, Vikipediyada “Macarıstan 261+1”, “Azərbaycan qadınları 250” formatlarına yeni sənədlər əlavə olunub.

Strateji hədəflər üzrə fəaliyyət, MEK fəaliyyətinin beynəlxalq qurumlar tərəfindən standartlara uyğun kimi qiymətləndirilməsi, Vikipediya fəaliyyətinin Kanada, Braziliya, Çində tətbiqinə başlanılması, UNESCO nəzdində həyata keçirilən beynəlxalq əməkdaşlıq layihəsi üçün elmi bazaya çevrilməsi, MEK-in il ərzində keçirdiyi təlimlər, ali məktəblərlə informasiya resurslarının formalaşdırılmasına dair əməkdaşlıq, kitabxana-xidmət üzrə əsas göstəricilərin artım dinamikasının analizi, rəqəmsallaşdırma işinin MEK-in başqa fəaliyyətlərinə inteqrasiyası, ictimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlərə dair fəaliyyətin effektiv alqoritminin tətbiqi, yaranmış problemlərin həllinə dair təkliflər, qarşıda nəzərdə tutulan strateji istiqamətlər illik hesabatda diqqətə çatdırılıb.

2019-cu ildə Elektron resursların formalaşdırılması və İnformasiya texnologiyaları, işlənmə və tətbiqi şöbələrində ümumilikdə 20-dən çox müəllifin materiallarını əhatə edən 3600-ə qədər sənəd, elektron materiallar (audio, disk, foto və video) işlənib. 1600-ə yaxın kitab, 1000-ə yaxın məqalə skan edilib, 1000-ə yaxın müxtəlif formatlı material və sənəd emal və redaktə edilib.

Serverin test olunması, viruslu serverlərin konservasiyası,yeni routerin quraşdırılıb şəbəkəyə qoşulması, veb serverin təhvili, videomüşahidə sisteminin yenidən qurulması, saytın veb serverə oturulması üçün yeni xost alınması, idarədə olan bütün kompüterlərə antivirus proqramının yazılması, kitabxana proqraminda işləyəcək işçi qrupun yaradılması və onlara “e-library” proqramının yazılması, oxucuların EBSCO resurslarından yararlanması üçün müvafiq tədbirlərin görülməsi istiqamətində gərgin iş gedib.

İlin yekunları ilə bağlı verilən hesabata görə MEK-in fondunda hal-hazırda 1.383610 nüsxə sənəd mühafizə olunur. 2019-cu ildə 16200 sənədin kitabxana təsnifatına əsasən elm sahələri (UOT və KBT) qeyd olunub, 3000 nüsxə sənədin təsviri hazırlanıb, ənənəvi kataloqa daxil edilib.

MEK-də 15 ekskursiya keçirilib. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs tələbələri MEK-də istehsalat təcrübəsi keçiblər. Həmçinin bu il MEK VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında və “Oxu günü”ndə fonduna məxsus kitab və jurnallarla təmsil olunub. 2019-cu ildə Biblioqrafik Sorğular Bölməsi tərəfindən hazırlanan Ziyad Əliabbas oğlu Səmədzadənin biobiblioqrafik göstəricisi çapdan çıxıb. Ramiz Mahmud oğlu Məmmədovun bioblioqrafik göstərici tərtib edilib,nəşriyyata təhvil verilib. 16302 sənəd 2019-cu ildə e-kataloqa daxil edilib.

MRY bazasında sənədlərin ümumi sayı – 18791-dir, bunlardan 2075-i 2019-cu ildə e-kataloqa işlənib. MEK-də hal-hazırda oxucuların sayı – 6230-dur, bunlardan 1105 oxucu 2019-cu ildə qeydiyyatdan keçib. Qeyd olunub ki, 2019-cu ildə oxucular üçün bir günlük oxucu kartı tərtib olunub. MEK-ə 42 529 nüsxə sənəd daxil olub, 36 müəllif müqaviləsi imzalanıb, hal-hazırda müəllif müqavilələrinin sayı 124-dür. MEK-ə Əlövsət Abdullayev, Ədalət Tahirzadə, Tofiq Mustafazadə, Maqsud İbrahimbəyov, Cəlal Qasımov, Akif Əlizadə və Misir Mərdanovun yeni şəxsi kolleksiyaları daxil olub və Aleksandr Umnyaşkin, Georq Hazainin kolleksiyaları zənginləşdirilib. 10653 nüsxə sənəd mübadilə fondundan müxtəlif 32 təşkilata təqdim edilib, 492 nüsxə sənəd isə beynəlxalq mübadilə yolu ilə xarici ölkələrə (22 ölkə 38 təşkilat) göndərilib, 6559 sənəd oxucuların istifadəsinə verilib.

Sərgi salonunda tanınmış elm və mədəniyyət xadimlərinə, tarixi günlərə həsr olunan 20 sərgi təşkil olunub. MEK-in Şərq ədəbiyyatı fondundan, Qərbi Avropa ədəbiyyatı fondundan, Azərbaycan ədəbiyyatı fondundan, Nadir kitab fondundan, Rus ədəbiyyatı fondundan incilər əməkdaşlar tərəfindən araşdırılır və hazırlanan məlumatlar mediada işıqlandırılır.

Növbəti ildə də kollektiv şübhəsiz ki, uğurlu fəaliyyəti ilə hər zamanki kimi birinciliyi qoruyacaq, öz vəzifəsini uğurla icra edərək “ilk”lərə imza atacaq, Azərbaycanın elmi potensialının genişlənməsi, elmi fikirlərin təbliği və milli varidatımızın rəqəmsallaşdırılması istiqamətində qarşıya qoyulan strateji hədəflərə yekdilliklə nail olacaq.

Şəlalə Məhyəddinqızı


Kateqoriya : SOSİAL Baxış sayı : 454

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...