QHT və MEDİA
A- A A+

“Corctaun beynəlxalq məsələlər jurnalı”nda Azərbaycanın enerji strategiyasından bəhs edən məqalə dərc olunub

2019-12-27 08:50:53

.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Corctaun beynəlxalq məsələlər jurnalı”nda “Bərpa olunan enerji mənbələri Azərbaycanın enerji strategiyasını yeniləyir” adlı məqaləsi dərc olunub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycanın 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə həyata keçirdiyi irimiqyaslı enerji layihələrinin əhəmiyyətindən bəhs edilir. Məqalədə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Cənub Qaz Dəhlizi kimi meqalayihənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusilə vurğulanır. Bununla yanaşı, yazıda hazırda Azərbaycanın energetika sektorunda gedən islahatlara toxunulur, bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji istehlak balansındakı payının artırılması istiqamətində görülən işlərdən bəhs edilir. Qeyd olunur ki, ölkədə hazırda bu istiqamətdə köklü işlər görülür, o cümlədən müvafiq qanunvericilik bazası hazırlanır.

Həmçinin ölkədə bərpa olunan enerji – xüsusən də külək və günəş enerjisinin istifadəsi istiqamətində layihələrin həyata keçirilməsi üçün uyğun biznes tərəfdaşlarının cəlb edilməsi məqsədilə 2020-ci ildə hərracların keçirilməsi də nəzərdə tutulub. “Əsas hədəf kimi, Azərbaycan Energetika Nazirliyi 2030-cu ilədək ölkənin bərpa olunan enerji ehtiyatlarının həcmini ölkənin ümumi enerji balansında 30 faizədək artırmağı nəzərdə tutur. Hazırda bu rəqəm su elektrik stansiyaları da daxil olmaqla 17-18 faiz təşkil edir”,- deyə müəllif vurğulayır.

Bundan əlavə, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli Sərəncamına toxunulur, bu Sərəncamın bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsi üçün önəmli bir addım olduğu vurğulanır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 200

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...